"Fiat 500" hetçbeki “sapsarı” versiyaya sahib olub
Pərəstiş obyektinə çevrilmiş Fiat 500 hetçbeki iki bundan əvvəl 500e adlı elektrik versiyasına sahib olub. Lakin italyan markası daxili yanma mühərrikli ənənəvi modeli də unutmur.
Belə ki, hetçbek Gialissima adlı yeni versiyaya sahib olub: italyancadan tərcümədə “sapsarı” mənasını verən ad hetçbekin eksteryer və interyeri tərtibatını dəqiq əks etdirir. Fiat 500 Gialissima modeli yalnız Yaponiya bazarında satılacaq və onun tirajı 200 nüsxə ilə məhdudlaşır.
Fiat 500 Gialissima modelinin başlıca cəhəti yan güzgülərin qara gövdələri ilə kontrast təşkil edən parlaq sarı rəngli kuzovudur. Digər cəhətdən hetçbek standart görünür: model 14-düymlük təkər disklərinə, LED gündüz hərəkət işıqlarına və hallogen fənərlərə malikdir.
Sarı rəngdən interyerdə də istifadə edilir: məsələn, Uconnect multimedia sisteminin 7,0-düymlük ekranı və ənənəvi cihazlar panelinin yerləşdiyi ön panel tamamilə sarı rəngə boyanıb. Oturacaqlar tünd göy parçadan üzlüklərə malikdirlər. “Sapsarı” hetçbekin təchizatına iki USB girişi və yeddi təhlükəsizlik yastığı daxildir.
Hetçbekin kapotunun altında 69 at qüvvəsi və 102 Nm fırlanma anı hasil edən 1,2-litrlik dördsilindrli atmosfer mühərriki yerləşir. Mühərrikin dartma qüvvəsi 5-pilləli “avtomat” vasitəsi ilə ön oxa ötürlür.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












