"Ford Bronco" bataqlıqda hərəkət edə bilən yeni versiyaya sahib olub
Əgər bu yaxınlarda nümayiş etdirilmiş Ford Bronco Raptor çöldə, qumluqda və torpaq yollarda sürətli hərəkət etmək üçün nəzərdə tutulubsa, yeni Everglades versiyası başqa məqsədə qulluq edir.
Bu məqsəd yeni versiyanın adında şifrəlidir. ABŞ-ın Florida ştatında yerləşən Everqleyds parkı 6000 kvadrat kilometrdən çox ərazini əhatə edən su-bataqlıq qoruğudur. Beləliklə, yeni Ford Bronco Everglades bataqlıq ərazini, dərin palçığı və digər su keçidlərini qət etmək üçün nəzərdə tutulub.
Yeni versiya xarici diametri 35 düym olan yolsuzluq şinləri, polad ön bamperi, Bilstein ESCV uzun gedişli amortizatorları və iki təkərlərarası differensialın kilidi olan Sasquatch paketi ilə təchiz edilmiş Bronco ofrouderinə əsaslanır.
Everglades versiyasının əsas yenilikləri asanlıqla çıxarıla bilən qapaqları olan şnorkel və ön tərəfdə quraşdırılmış Warn Zeon 10-S bucurqadından ibarətdir . Bucurqad 4,5 ton çəkmə qüvvəsinə və 30 metr uzunluğunda buraza malikdir.
Eyni zamanda, Ford Bronco Everglades modeli, digər versiyalarda opsional olaraq quraşdırılan bir sıra firma aksessuarları ilə təchiz edilir.
Bunlara misal kimi, gövdənin altındakı əlavə güc qorumasını, böyüdülmüş düzbucaqlı təkər tağlarını (baza yarımdairəvi olanların əvəzinə), damdakı güc qövslərini, salondakı rezin ayaqaltıları və suya davamlı "vinil" oturacaq üzlüklərini gəstərmək olar. Ön qanadlarda isə, Everqleyds parkının topoqrafik xəritəsi olan stikerlər var.
Ford Bronco Everglades yalnız 304 at qüvvəli 2,4-litrlik dördsilindrli EcoBoost turbomühərriki, 10-pilləli “avtomat” , uzun təkər bazası və dördqapılı kuzov ilə təklif olunur. ABŞ-da belə ofrouderin başlanğıc qiyməti 53 min dollardır. Xatırladaq ki, Sasquatch paketi və sərt damı olan ən sadə Bronco modelinin qiyməti 41 min dollardan başlayır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












