“Ford” elektromobillərə $20 mlrd. investisiya qoyacaq

“Ford” yaxın 5 il ərzində elektrikli avtomobillərə 20 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, şirkət sənayedə baş verən dəyişikliklərdən kənarda qalmamağa çalışaraq, bu istiqaməti daha sürətlə inkişaf etdirməyə qərar verib.
Vurğulanır ki, “Ford”un elektrik avtomobillərin inkişafı istiqamətinə əvvəllər “Apple” və “Tesla” şirkətlərində çalışan Daq Fild rəhbərlik edəcək. Baş direktor Cim Farlinin sözlərinə görə, avtomobil istehsalçısı digər oyunçularla rəqabət aparmaq üçün “Ford F 150 Lightning” və “Mustang Mach-E” elektrik pikaplarının istehsalını iki dəfə artırmaq niyyətindədir.
Eyni zamanda “Ford” “General Motors”un yolunu davam etdirərək, elektromobil istiqamətini inkişaf etdirmək üçün yeni işçilər götürəcək və ştatını əhəmiyyətli dərəcədə genişləndirəcək.
TED.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












