"Geely" 1300 kilometrlik yürüş ehtiyatı olan "Emgrand L Hi-X" sedanını təqdim edib
Keçən ilin payızında təqdim edilən 4,7 metrlik Geely Emgrand L sedanı Emgrand GL modelinin təkamülüdür: sedanın kuzovu və baza güc aqreqatı qorunub saxlanılıb. Bununla belə, modifikasiya çeşdinə əlavə edilən hibrid versiya tamamilə yeni texniki hissəyə malikdir. Əgər əvvəlki Emgrand GL PHEV versiyası transmissiyaya quraşdırılmış elektrik mühərriki olan sadə hibrid sistemə malik idisə, yeni Emgrand L Hi-X modeli bir qədər mürəkkəbdir.
Geely Emgrand L Hi-X modelinin güc qurğusu keçən ilin sonunda Geely Xingyue L krossoverində (Geely Monjaro) debüt edib və demək olar ki, sedana dəyişməz olaraq köçürülüb. Hibrid qurğu birbaşa püskürtməsi və ötürməli kompressoru olan yeni 1,5-litrlik üçsilindrli benzin mühərrikinə əsaslanır.
Mühərrik qənaətcil Miller dövrü ilə işləyir, 150 at qüvvəsi hasil edir və yüksək istilik (43,32%) səmərəliliyinə malikdir. Hi-X qurğusu həmçinin mühərrik-generatoru və dartma elektrik mühərrikini ehtiva edir.
Hibrid sistem ardıcıl və paralel rejimdə işləyə bilər. Ardıcıl rejimdə avtomobil elektrik ötürməsi ilə hərəkətə gəlir, daxili yanma mühərriki isə yalnız generator rejimində işləyərək dartma batareyasını doldurur. Daxili yanma mühərrikinin muftadan istifadə edərək aparıcı təkərlərə qoşulduğu paralel rejim artıq 20 km/saat həddində işə salına bilər.
Bunun üçün üçpilləli ötürmələr qutusu quraşdırılıb. Xatırladaq ki, oxşar Mitsubishi və ya Honda hibridlərində yalnız birpilləli ötürmələr qutusu var və paralel rejim yalnız 80-100 km/ saat həddindən çox sürətlərdə işə salına bilər.
Hibrid sistemin ümumi hasilatı 245 at qüvvəsi və 540 Nm təşkil edir. Ötürmə yalnız ön oxadır. Dartma batareyası haqqında hələlik məlumat yoxdur, lakin dolu batareya və benzin çəni ilə belə hibrid sedan 1300 kilometrdən çox məsafə qət edə bilir. Orta yanacaq sərfiyyatı 100 kilometrə 3,8 litrdir, 100 km/saat həddinə sürətlənmə müddəti isə 6,9 saniyədir.
Zahiri cəhətdən Geely Emgrand L Hi-X hibridi benzin analoqlarından aşağı aerodinamik müqaviməti olan təkərləri, qara əvəzinə ağ emblemi, kuzovun Aurora White rəngi və xırda dekoru ilə fərqlənir
Salonun əsas xüsusiyyəti isə, trnamsissiyanın iri dəstəyini əvəzləmiş coystikidir. Modelin təchizatına 10,25-düymlük virtual cihazlar paneli və “hava” üzərindən yenilənən multimedia sisteminin 12,3-düymlük displeyi daxildir. Bundan başqa, hibrid sedanın 20 ağıllı hərəkət rejiminə sahib olacağı bildirilib, lakin təfərrüatlar açıqlanmayıb.
Hibrid Emgrand L sedanı yayın əvvəlində satışa çıxarılacaqdır və hazırda qiyməti 15-17 min dollar olan adi benzin sedanından nəzərəçarpacaq dərəcədə baha olacaqdır.
autograph.az