GM elektrikli mikroavtobusların istehsalına investisiya yatıracaq

ABŞ-ın aparıcı avtomobil istehsalçısı “General Motors” (GM) və Kanadanın həmkarlar ittifaqı “Unifor” Ontario əyalətinin, Ingersoll şəhərindəki “CAMI Montaj Zavod”unda elektrikli kommersiya mikroavtobusların istehsalı üzrə razılaşma əldə ediblər.
Avtosfer.az “Reuters”ə istinadən xəbər verir ki, razılaşma çərçivəsində “General Motors” zavoda 1 mlrd Canada dolları (785,42 milyon ABŞ dolları) investisiya yatıracaq.
GM açıqlamasında zavodda işlərin dərhal başlayacağını və elektrikli mikroavtobus modeli “EV600”ün geniş miqyaslı kommersiya istehsalına başlayacağını bildirib.
Qeyd edək ki, razılaşmanın yanvarın 17-də onlayn təsdiqləmə iclasında birliyin yerli üzvlərinə təqdim ediləcəyi və nəticələrinin bir gün sonra açıqlanacağı bildirilir.
Xatırladaq ki, “Unifor” Kanada iqtisadiyyatının əsas sektorlarında işləyən 315 mindən çox işçinin üzv olduğu ölkənin ən böyük həmkarlar ittifaqıdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












