"Gordon Murrey Automotive" ikinci superkarını təqdim edib

Hər kəsin əfsanəvi McLaren F1 superkarının baş konstruktoru kimi tanıdığı Qordon Marri tərəfidən yaradılmış Gordon Murray Automotive şirkəti özünün GMA T.33 adlanan ikinci superkarını təqdim edib. Əslində yeni superkarı T.50 modelinin əlçatan versiyası hesab etmək olar. Şirkət 615 at qüvvəli V12 mühərriki ilə təchiz olunmuş GMA T.33 modelini “dünyanın ən yaxşı qran turizmo superkarı” adlandırır. Yeni superkarın qiyməti 1.370.000 funt sterlinqdir.
GMA T.33 modelinin əsasını iFrame alüminium karkası, ikiqat köndələn qollu asqısı olan karbon monokok təşkil edir. Mərkəzdə yerləşən və şassinin yarıyüklənmiş elementi olan 3,9-litrlik V12 atmosfer mühərriki 615 at qüvvəsi və 451 Nm fırlanma anı hasil edir. Mühərrik maksimal fırlanma anının 75 faizini 2500 dövr/dəqiqədə, 90 faizini isə 4500-dən 10500 dövr/dəqiqə diapazonunda təmin edir. Superkarın çəkisi 1100 kiloqramdır ki, bu da onun gücün çəkiyə olan nisbətinin 1 tona 556 at qüvvəsi təşkil etdiyindən xəbər verir.
Cosworth şirkətinin hazırladığı V12 mühərriki 6-pilləli mexaniki ötürmələr qutusu və ya eyni pilləyə malik olan “robot” ilə təchiz edilə bilər. Mexaniki transmissiyanın çəkisi 82 kiloqramdır. T.33 modelinin dinamik göstəriciləri açıqlanmayıb.
Ortamühərrikli superkar ikiyerlidir və ümumi həcmi 300 litr olan üç baqaj bölümünə malikdir: ən tutumlu baqaj bölümü öndə, daha iki bölmə isə mühərrikin sağ və sol tərəflərində yerləşir. Salonda çoxsaylı analoq düymələrini, habelə Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemini görmək olar.
GMA T.33 modelinin tirajı yüz nüsxə ilə məhdudlaşdırılıb. Avtomobillər Gordon Murray Automotive şirkətinin Britaniyadakı müəssisəsində yığılacaqlar. Avtomobillərin bir hissəsinin sükanı sağ tərəfdə, digər hissəsinin isə sol tərəfdə yerləşəcəkdir. Superkara sifarişlər artıq qəbul olunur.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












