"Honda" Şimali Amerikada satılacaq HR-V modelinin eksteryerini nümayiş etdirib
Honda şirkətinin ABŞ ofisi yerli bazar üçün nəzərdə tutulmuş yeni nəsil HR-V modelini təqdim edib. Krossover tanış indeksi daşısa da, Avropada satılan HR-V və Yaponaya təklif edilən Vezel modellərindən əsaslı şəkildə fərqlənir.
Birincisi, model başqa kuzov panelləri və optikası olan tamamilə orijinal dizayna malikdir. İkincisi, amerikan HR-V modeli Jazz hetçbekinin deyil, Civic modelinin platformasında inşa olunub. Bu isə, təkər bazasının artırılmasına və daha geniş təkər izinə işarə edir. Üçüncüsü, "amerikalı" krossover öz mühərrik çeşidinə malik olacaqdır. Xatırladaq ki, Honda HR-V modeli Avropada yalnız hibrid güc qurğusu ilə təklif edilir.
Amerika üçün nəzərdə tutulmuş ikinci nəsil HR-V modeli (krossoverin birinci nəsli Şimali Amerikada satılmayıb, buna görə də, sayım qlobal modelin ikinci nəslindən başlayır) və Avropada satılan üçüncü nəsil arasında ümumi heç nə yoxdur.
Amerikan modeli tamamilə fərqli, daha klassik bir siluetə malikdir, bununla belə, krossoverin nisbətləri ümumilikdə saxlanılıb. Kuzov çıxışları vizual olaraq daha böyük görünür. Ön və arxa LED fənərlər də fərqlənir: arxa fənərlərin naxışı Acura modellərindəki gündüz hərəkət işıqlarının "şikanalarına" bənzəyir. Honda şirkətində belə dizaynı "idmansayağı və ifadəli" adlandırırlar.
Amerikan krossoveri on birinci nəsil Civic modelinin müstəqil arxa asqısı olan platformasında inşa olunub, Avropada satılan HR-V isə, yığcam Fit/Jazz modelinin şassisinə əsaslanır. Amerikan krossoveri daha uzun təkər bazası, daha geniş təkər izi və həssas mühərriki ilə öyünə bilər.
Əgər əsas olaraq Civic götürülübsə, o zaman söhbət ya 2,0-litrlik (160 at qüvvəsi, 187 Nm) atmosfer mühərrikindən və ya 1,5-litrlik (182 at qüvvəsi, 240 Nm) “turbodördlükdən” gedir. Hər iki daxili yanma mühərriki variatorla tandemdə çalışır.
Eyni zamanda, Avropada satılan Honda HR-V modeli yalnız e: HEV hibrid qurğusu ilə təklif olunur. Məlum olduğu kimi, hibrid qurğunun tərkibinə 1,5-litrlik benzin (106 at qüvvəsi, 127 Nm) aqreqatı və 96 kilovat-saat dartma elektrik mühərriki (131 at qüvvəsi, 253 Nm) daxildir. Turboversiyaya gəldikdə isə, yalnız Cənub-Şərqi Asiyada satılan krossoverin belə versiyası var.
Yeni Honda HR-V modelinin Şimali Amerikadakı satışlarına bu yay başlanacaqdır. Qiymətlər və təchizat səviyyələri haqqında məlumat bir neçə aydan sonra açıqlanacaqdır.
autograph.az
Məşhur ABŞ şirkəti bu avtomobillərdə bu funksiyanı ödənişli etdi - RƏSMİ
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO











