"Hyundai" ilə Apple-ın birgə elektromobil "sevdası" reallaşmaya bilər
Hyundai Apple ilə gözlənilən əməkdaşlığı qurmaya bilər. Şirkətin Kia-ya üstünlük verəcəyi bildirilir.
Reuters-in məlumatına görə, elektromobil istehsalı üçün Hyundai Apple-ın düşündüyü tək şirkət deyil. Sadəcə onun şansı digərləri ilə müqayisədə daha çox hesab edilib.
Məlumata görə, Hyundai Apple-ın elektrikli avtomobil layihəsində ortaq olmaqdan ehtiyat edir. Koreyalı avtomobil istehsalçısının kənar şirkətlərlə işləməkdə tərəddüd etdiyi bildirilir. Deyilənə görə, hətta şirkətlər arasında qarşıdurmadan qaçmaq üçün yüksək statuslu rəhbərlər belə, dəyişilə bilər.
Digər iddialara görə, Apple elektrikli avtomobilini Kia ilə ortaq şəkildə istehsal edə bilər. Avtomobilin şassisi, güc aqreqatı və digər komponentlərinin başqa şirkətlərdən tədarük ediləcəyi bildirilir.
Başqa bir təxminə görə isə, Apple Hyundai-ın əməkdaşlıq etməsi üçün bəzi təşviq tədbirləri görə bilər. Şirkət Hyundai-ın avadanlıq və proqram təminatına girişini aça onun bu texnologiyadan yararlanmasına icazə verilə bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












