“Hyundai” sahibləri avtomobillərini “iPhone” və “Apple Watch” ilə idarə edə biləcəklər

“Hyundai” və onun subbrendi “Genesis” 2022-ci ilin yayında “Apple”ın “rəqəmsal açar” və ya “CarKey” funksiyasını dəstəkləməyə başlayacaq.
Vurğulanır ki, avtomobilin kilidini açmaq və uzaqdan işə salmaq üçün “Hyundai” sürücüləri “MyHyundai” və “Genesis Intelligent Assistant” proqramlarından istifadə edəcəklər
Avtosfer.az xəbər verir ki, “CarKey” dəstəyi bu prosesi asanlaşdıracaq. Qeyd edək ki, indiyə qədər NFC çipinə əsaslanan “rəqəmsal açar” yalnız Android smartfonlarında işləyib.
Şirkət “CarKey” funksiyasını ilk dəfə 2020-ci ildə təqdim edib, lakin indiyə qədər o yalnız seçilmiş “BMW” avtomobil modellərində işləyib. Mütəxəssislərin fikrincə, “Hyundai” və “Apple” arasında keçən ilin əvvəlində “Apple Car”ın istehsalına dair razılaşmanın pozulmasından sonra bu ortaqlıq gözlənilməzdir.
Potensial tərəfdaşlıq haqqında məlumatların sızması səbəbindən “Apple” əməkdaşlıqdan imtina edə bilər. Məhsul haqqında planlarını gizli saxlayan şirkət “Hyundai” ilə danışıqlar apardığını təsdiqləməyib. Digər tərəfdən, danışıqları alyansda komponentərin tədarükçüsü olan Cənubi Koreya istehsalçısı da dayandıra bilər.
TED.az
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO










