Hyundai şirkəti Ioniq 5 modelini yaxşılaşdırıb

Hyundai Iomiq 5 modeli bir bundan əvvəl debüt edib. Buna baxmayaraq, Hyundai şirkəti elektromobili modernləşdirdiyini bəyan edib. Dəyişiklikləri bir əlin barmaqları ilə saymaq olar, lakin ən vacib dəyişiklik Long Range versiyasında baş verib. Belə ki, elektromobilin təchiz edildiyi batareyanın həcmi 72,6-dan 77,4 kilovat-saata qədər artırılıb. Dolu batareya ilə pasport üzrə yürüş məsafəsi açıqlanmasa da, ən uzunmənzilli arxaötürməli versiyanınn yürüş ehtiyatı 485-dən 500 kilometrə (WLTP) qədər artmalıdır. Çeşiddə 58 kilovatlıq batareyası olan baza versiyası da saxlanılıb.
Hyundai Ioniq 5 modeli batareyanın yaxşılaşdırılmış aktiv istilik tənzimlənməsi sistemini də əldə edib. İndi elektronika soyutma sisteminin mayesinin effektivliyini qabaqcadan dəyişə bilər. Məsələn, terminala qoşulmazdan əvvəl, əgər yükləmə terminalına marşrutu naviqasiya sistemi təyin edərsə. Opsiyalar arasında adaptiv amortizatorlar və bamperlərdəki qara işləmələr də var. Lakin belə görünüşə malik olan elektrokarın şəkilləri dərc edilməyib.
Nəyahət, Ioniq 5 modelini ənənəvi güzgüləri əvəzləyən kameralar islə də sifariş etmək mümkündür. Yan kameralar və qapılardakı ekranlar əvvəl də Ioniq 5 modelində mövcud olublar, lakin yalnız Cənubi Koreyada təklif ediliblər. İndi isə onları başqa bazarlarda da sifariş etmək olar. Beşinci qapının günlüyünün altında yerləşən kameradan alının görüntülər salon güzgüsünün əvəzinə mərkəzi ekrana yönəldilir.
Yeni opsiyalara malik olan modernləşdirilmiş Hyundai Ioniq 5 elektromobilləri bu ilin ikinci yarısında satışa çıxmalıdırlar. İndi isə, elektrokarın Avropadakı satış qiyməti 41.900 avrodan başlayır
Autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










