"Hyundai Tuscon" təkrar doldurulan hibridə çevrilib - FOTO

Yeni nəsil Hyundai Tucson krossoveri çoxsaylı modifikasiyada debüt etsə də, koreyalılar ən güclü, təkrar doldurula bilən hibrid modifikasiyanı sonraya saxlamışdılar. Bu güb, həmin modifikasiya Tucson ailəsinə rəsmi olaraq qoşulub.
Hibrid krossoverin kapotunun altında, adi hibriddə olduğu kimi, 180 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən 1.6 T-GDI benzin turbomühərriki yerləşir. Ancaq, qoşulan hibridin altı pilləli "avtomatı" daha güclü - 91 at qüvvəsi və 304 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə sahib olub. Bu tandemin ümumi hasilatı 265 at qüvvəsi və 350 Nm-ə çatır. Belə hibrid, standart olaraq, arxa qoşma muftası olan tam ötürmə sistemi ilə təchiz edilir.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, lakin, iki hibrid arasındakı fərq bununla bitmir. Hyundai Tucson Hybrid modeli 1,49 kilovat-saatlıq batareya ilə təchiz olunduğu halda, Plug-in Hybrid indeksli krossoverin sərnişin bölməsinin döşəməsinin altında maye ilə soyudulan 13,8 kilovat-saatlıq batareya quraşdırılır. Sırf elektrik ötürməsi ilə hərəkət rejimi də mövcuddur: tam yüklənmiş krossover elektrik rejimində 50 kilometr (WLTP) qət edə bilər.
Hibrid içalat salondakı genişliyə demək olar ki, heç bir təsir göstərməyib, lakin baqaj bölməsinin tutumu 620 litrdən 558 litrə qədər azalıb. Arxa divanın qatlanması halında baqaj həcmi 1737 litr (- 62 litr) təşkil edir. Hyundai Tucson Plug-in Hybrid modelinin Avropadakı satışlarına 2021-ci ilin yazında başlanacaqdır. Sonradan hibrid krossover digər bazarlarda da təklif ediləcəkdir.


“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?












