"Hyundai"ların Rusiyada buraxılması DAYANDIRILDI

Sankt-Peterburqdakı Hyundai zavodu avtomobil hissələrinin tədarükündə qlobal logistika fasilələri səbəbindən martın 1-dən istehsalı dayandıracaq. İstehsalın martın 9-da bərpa edilməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə zavodun mətbuat xidmətindən bildirilib.
"Martın 1-5-də "Hyundai Motor Manufacturing Rus" (XMMR) zavodu avtomobil hissələrinin tədarükündə davam edən qlobal logistik fasilələr səbəbindən komponent çatışmazlığı səbəbindən istehsalı müvəqqəti dayandıracaq. İstehsalı martın 9-da bərpa etməyi planlaşdırırıq", - məlumatda deyilir.
Qeyd olunur ki, zavod 2020-ci ilin sonundan başlayaraq vaxtaşırı avtomobil hissələrinin tədarükündə fasilələrlə üzləşir.
"Hyundai Motor Company" 2010-cu ilin sentyabrında Sankt-Peterburqda zavodunu işə salıb. İndi zavod Hyundai Solaris, Kia Rio, Kia Rio X-Line modellərini və Hyundai Creta krossoverini istehsal edir. Sankt-Peterburqda istehsal olunan ən çox avtomobil Hyundai zavodunun payına düşür. (Marja)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












