İkinci nəsil "Mercedes-AMG GT" modelinin prototipi İsveçdə sınaqdan keçirilir
Yeddi il konveyer həyatı yaşamış orijinal Mercedes-AMG GT kupesi artıq satışdan çıxarılıb. Üstəlik, kupenin ikinci nəslinin debütünə hələ çox var. Buna baxmayaraq, bu günlərdə casuslar ilk dəfə yeni modelin ilk sınaq prototiplərinin şəklini çəkməyə müvəffəq olublar. Onlar sınaq prototipini İsveçin qarlı yollarında yaxalayıblar.
Prototiplərin kuzovu tam şəkildə kamuflyajla örtülü olsa da, bəzi yerlərdə onların kuzovunun sarı və gümüşü rəngi özünü biruzə verir. Ön fənərlərdən fərqli olaraq, kuzovun tamamilə seriya variantına məxsus olduğu da diqqəti çəkir. Sərt damlı kupenin cizgiləri keçən payızda təqdim olunmuş yeni Mercedes-AMG SL rodsterini xatırladır. Alman konserninin baş dizayneri Qordon Vagener gələcək kupenin rodster ilə ümumi platformaya malik olacağını təsdiqləyib. Bununla belə, kupenin Mercedes-AMG One hiperkarından ilham alınaraq yaradılmış daha aqressiv görünüşə malik olacağı barədə şayiələr dolaşmaqdadır.
İkinci nəsil Mercedes-AMG GT modelinin mühərrikləri barədə məlumat verilməsə də, sportkarın 4,0-litrlik V8 biturbo mühərrikini qoruyub saxlayacağını gözləmək olar. Xatırladaq ki, SL rodsteri üçün bu mühərrikin iki güc variantında olan versiyası təklif edilir: 476 və 585 at qüvvəsi. Bənzər mühərriklərə Mercedes-AMG GT modelinin birinci nəsli də malik idi.
Gələcəkdə rodsterin plagin hibrid güc qurğusuna sahib olacağı da söylənilir. Çox güman ki, SL modeli Mercedes-AMG GT 63 S Performance liftbekindən tanış olan hibrid güc qurğusunu alacaqdır. Bildiyimiz kimi, bu qurğu 843 at qüvvəsi və 1470 Nm fırlanma anı hasil edir. Böyük ehtimalla, yeni kupe də belə aqreqat ilə təchiz ediləcəkdir, çünki onun əsas rəqibi olan Porsche 911 sportkarı da yaxın zamanda hibrid güc qurğusunu almalıdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












