İlk Alpine krossoveri haqqında təfərrüatlar peyda olub
Alpine markası altında buraxılacaq ilk krossover hələ keçən il, Renault şirkətinin Renaulution strategiyasının təqdimatı zaman anons edilmişdi. İndi isə, bu layihə haqqında bəzi təfərrüatlar açıqlanıb. Gələcək elektrik krossoveri Alpine GT X-Over adlandırılacaq və bazara 2025-ci ildə çıxacaqdır.
Krossoverin əsasını Nissan Ariya və Renault Megane E-Tech Electric modellərinin də inşa olunduğu CMF-EV platforması təşkil edəcəkdir. Tizerdən də göründüyü kimi, krossover kupeşəkilli siluetə və şayiələrə görə, iki elektrik mühərrikinin təmin etdiyi tam ötürməyə malik olacaqdır.
Alpine GT X-Over modeli Alpine şirkətinin Dyepdəki (Fransa) tarixi zavodunda buraxılacaqdır: bu müəssisə 1969-cu ildən fəaliyyət göstərir və hazırda ortamühərrikli Apline A110 sportkarılarını istehsal edir. Yeri gəlmişkən, bu müəssisənin adı da dəyişddirilib: bu günə qədər Usine Alpine Dieppe Manufacture adı ilə tanınan zavod, artıq şirkətin banisi Jan Redlenin şərəfinə Alpine Dieppe Jean Rédélé adlandırılıb.
Plana əsasən, Alpine brendinin gələcək model cərgəsi üç elektromobildən ibarət olacaqdır. 2024-cü ildə Renault 5 hetçbekinin “qaynar” versiyası, onun ardınca isə, adı çəkilən krossover debüt etməlidir. 2026-cı ildə Lotus şirkəti ilə birlikdə hazırlanan və cari A110 modelini əvəzləyəcək elektrik sportkarı işıq üzü görəcəkdir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












