İlon Maskın elektropikapını qayığa çevirəcəklər - FOTO

Amerikalı sahibkar Entoni Diamond “Tesla” rəhbəri İlon Maskın hələ ki, istehsala buraxılmamış “Cybertruck”ını elektrik gəmisinə çevirəcək layihəyə start verib.
“Cybercat” - “Cybertruck”a qoşulan asan yığılan dəstdən ibarətdir. Konfiqurasiyadan asılı olaraq 1-5 xarici mühərriklə təchiz olunacaq “Cybercat” elektrik avtomobil akkumulyatoru ilə işləyəcək.
Layihə konseptual mərhələdədir və heç bir işləyən prototip yoxdur.
Bildirilir ki, gözlənilən maksimal sürət 40 km/saatdan çoxdur, gediş məsafəsi mühərriklərin sayından asılı olaraq 80-185 km arasındadır.
“Cybercat”ın gözlənilən qiyməti xarici mühərriklərin sayından asılı olaraq 24 min dollardan (təxminən 40,8 min manat) 33 min dollara (təxminən 56 min manat) qədər dəyişə bilər.
Şirkət həmçinin sürəti və səmərəliliyi artırmaq üçün dəstin hidrofoil versiyasını yaratmağı planlaşdırır ki, bu da qiyməti 10 000 dollar (təxminən 17 min manat) artıracaq.
“Cybercat”ın bazara çıxma vaxtı barədə məlumat verilmir.
Mənbə: Electrek
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”











