İsveçin elektromobil istehsalçısı “Volta Trucks” $260 mln. cəlb edib

İsveçin elektromobil istehsalçısı “Volta Trucks” 260 milyon dollardan çox investisiya cəlb edib.
Avtosfer.az xəbər verir ki, aparıcı investor Nyu-Yorkun “Luxor Capital” şirkəti olub. Digər investorlar arasında daşınmaz əmlak şirkəti “Byggmästare Anders J Ahlström”, təchizat zənciri xidmətləri təminatçısı “Agility” və investisiya firması “B-FLEXION” yer alıb.
“Volta Trucks” yük maşınlarını inkişaf etdirir. Eyni zamanda startapın biznes-modelinə təkcə yük avtomobillərinin satışı deyil, həm də onların abunə ilə müvəqqəti istifadəyə verilməsi də daxildir. Şirkət toplanan vəsaiti inkişafı, eləcə də biznes əməliyyatlarını yaxşılaşdırmaq üçün istifadə edəcək. “Volta Trucks” nümayəndələrinin sözlərinə görə, onun ilk tam elektrik yük maşını “Volta Zero” 5 mindən çox sifariş olunub.
“Pitchbook data”ya görə, indi şirkətin bazar dəyəri 490 milyon dolları ötür. Ümumilikdə, “Volta Trucks” 325 milyon dollar investisiya cəlb edib.
Banker.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












