Karlos Qon Nissan şirkətini “başkəsənlər” şirkəti adlandırıb

Nissan şirkətinin sabiq rəhbəri Karlos Qon The Drive portalının jurnalistinə məsafədən müsahibə verib. Keçmiş top menecer Yaponiya hökuməti tərəfindən saxlanılması, saxta (onun fikrincə) ittihamlar, habelə Livana qaçışı və hazırki həyatı barədə danışıb. Bir zamanlar uğur qazanmış top-menecer indi İnterpolun xətti ilə axtarışdadır. Qaçaq olan Qon, onun heyrətamiz karyerasını məhv edən maliyyə cinayətlərində iştirak ittihamlarından sonra reputasiyasını bərpa etməyə çalışır.
Hazırda Karlos Qon həyat yoldaşı ilə birlikdə Beyrutda yaşayır. Nissan və Renault şirkətlərinin keçmiş baş direktoru Livanın paytaxtını təsadüfən seçməyib - buradan Yaponiyaya ekstradisiya yoxdur. Karlos uzun illər zəmanəsinin ən uğurlu top-menecerlərindən biri olub. Qon 1980-ci illərin əvvəllərində tutduğu şin zavodunun rəhbəri vəzifəsindən Nissan şirkətinin rəhbəəri vəzifəsinə qədər yüksəlib. Bəzi ekspertlər hesab edirlər ki, Qon Nissan-Renault alyansını iyirmi ilə yaxın qoruyub saxlaya bilən yeganə şəxs olub. Ancaq bir neçə il əvvəl hər şey fəlakətlə nəticələnib. Bir vaxtlar uğur qazanan mütəxəssis Türkiyənin çarter təyyarəsi ilə Yaponiyadan gizli şəkildə qaçmalı olub.
Qon ilk dəfə 2018-ci ilin noyabrında Tokyo hava limanında həbs edilib. Top menecer milyonlarla dollar məbləğində gəlirini gizlətmək və çoxsaylı maliyyə fırıldaqlarında ittiham olunurdu. Qon bir neçə dəfə məhkəmə zalından buraxılsa da, sonradan yenidən həbs olunub. Karlos növbə ilə təkadamlıq kamerada və ev dustaqlığında saxlanılıb. Bütün bu müddət ərzində yapon müstəntiqləri sübutlar toplayıblar. Lakin Nissan şirkətinin keçmiş rəhbəri yekun qərarı gözləməyib və ölkəni tərk edərək Livana qaçıb. Yaponiyanı niyə tərk etdiyini soruşduqda, Karlos günahsız olduğu üçün ədalətli mühakiməni gözləmədiyini, ailəsi üçün qorxduğunu və həbsxanada ölmək istəmdiyini bildirib.
Hazırda Qon növbəti memuarlarını yazmaqla məşğuldur. O, media nümayəndələri ilə ünsiyyət qurur, həmçinin sənədli filmin çəkilişlərində iştirak edir. Top-menecer hər vasitə ilə öz reputasiyasını bərpa etməyə çalışır və Nissan şirkətini “başkəsənlər” şirkəti adlandırmaqda davam edir.
Keçən yanvar ayında Nissan şirkətinin baş əməliyyat direktoru Karlos Qonu yapon markasının mövcud modellərinin əksəriyyətinin köhnəlmiş olması ilə ittiham etmişdi. Qaçaq top-meneceri həddən artıq iddialı planlarına görə də qınayırlar.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












