Köhnə avtomobillərdən qurtulsaq tıxaclar azalacaq?

Son günlər Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqramın həyata keçiriləcəyi bildirilir. Bu gün Bakıda nəqliyyat sahəsində ən mühüm problemlərdən biri də tıxacların olmasıdır. Köhnə avtomobillərin utilizasiyasının tıxac probleminin həllində hər hansı bir rolunun olub-olmayacağı maraq doğuran məsələlərdəndir.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, köhnə avtomobillərin utilizasiyasının tixacların aradan qaldırılmasına ciddi təsir göstərəcəyi gözlənilmir:
"Hesab etmirəm ki, Azərbaycanda inzibati qərarlarla avtomobilləşmənin qarşısını almaq, avtomobillərin sayını azaltmaq lazımdır. Əksinə, düşünürəm ki, yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bunun nəticəsində tıxac probleminin aradan qaldırılması zərurəti var.
Utilizasiya tıxacların aradan qaldırılması deyil, daha çox ekoloji vəziyyətin düzəlməsi, ekoloji problemlərin aradan qaldırılması və avtomobil parkının yenilənməsi baxımıdan vacibdir. Eyni zamanda, qəza hallarında ölüm hallarının azalması baxımından əhəmiyyətlidir".
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












