"Avtovaz" şirkəti "Lada 4x4" modelinin adını dəyişdirdi - "Niva"dan yeni FOTO

AvtoVAZ şirkəti Lada 4x4 modelinin adının dəyişdiyini elan edib: ofrouderin orijinal adı Niva geri qaytarılıb. İndi modelin tam adı Lada Niva Legend kimi səslənir.
Beləliklə, AvtoVAZ indi fərqli dizaynı olan üç Niva modelini istehsal edir: əvvəllər Chevrolet markası altında satılan model, bu yaxınlarda təqdim edilən Niva Travel versiyası və əvvəllər 4x4 olaraq tanınan ofrouder. Qarışıqlığın qarşısını almaq üçün, sonuncunun adına ingilis dilində "əfsanə" mənasını verən Legend sözü əlavə edilib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Niva Legend modeli dünyada aparıcı kuzova, mərkəzi differensialı kilidləmə və azaldıcı pillələr cərgəsinə malik olan daimi tam ötürmə sistemi ilə təchiz edilən ilk ofrouderdir. Bu model kommersiya versiyaları da daxil olmaqla ondan çox variantda mövcuddur və beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 83 at qüvvəli 1,7-litrlik mühərriklə təchiz edilir.
Lada şirkətinin veb saytında avtomobilin adı dəyişdirilməyib, onun qiyməti isə 587,9 min rubldan (13,4 min manat) başlayır.
2020-ci ilin yayına qədər Chevrolet markası altında satılan və daha sonra loqotiplərini Lada ilə dəyişdirən digər Niva modelinə gəlincə, onun istehsalı Lada Zapad Tolyatti müəssisəsində (əvvəllər GM-Avtovaz) aparılır. Bu model 738 min rubla (16,9 min manat) satılır və 80 at qüvvəli 1,7-litrlik mühərriklə təklif edilir.
Nəhayət, sonuncu versiya 2020-ci ilin dekabrında istehsalına başlayan Niva Travel versiyasıdır. Bu versiya ön hissənin tərtibatı ilə seçilir: ofrouder yeni işıq texnikasnaı və fərqli radiator barmaqlığına, LED arxa işıqlara və çıxıntılı arxa bamperə sahib olub. Bu versiya dizayn baxımından Toyota RAV4 modelini xatırladır
Lada Niva Travel modelinin qiyməti və satışlarının başlama tarixi hələlik açıqlanmayıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















