Lada Granta baza versiyasından məhrum olub

AvtoVAZ şirkəti Lada Granta (VAZ-2192) hetçbekinin modifikasiyalarının sayını azaldıb. Yığcam hetçbek Standart baza versiyasından məhrum olub və ciddi şəkildə bahalaşıb - başlanğıc qiymətindəki artım təxminən 30 min rubl təşkil edib. Artıq hetçbek kuzovlu Granta modelinin qiyməti 535,500 rubldan (12,200 manat) başlayır. Modelin top versiyası isə 697,800 rubla (15,900 manat) başa gəlir.
İndi bütün Lada Granta hetçbekləri sükanın elektrik gücləndiricisi, bort kompüteri, hündürlüyü tənzimlənən sükan qolu, ön qapıların elektrik şüşəqaldıranları və arxa baş dayacaqları ilə təchiz edilirlər.
Milli.Az autograph.az-a istinadən bildirir ki, keçən ilin oktyabr və noyabr aylarında hetçbek kuzovlu Lada Granta xətti ixtisara salınıb: o zaman, modifikasiya çeşidindən AMT "robotu" ilə təklif edilən versiya və mexaniki transmissiya ilə təchiz edilən top Luxe Prestige təchizat səviyyəsi ixtisara salınmışdı. AvtoVAZ şirkətinin mətbuat xidməti ən az tələb olunan versiyaların ixtisara məruz qaldığını vurğulayıb.
Hetçbek kuzovlu Granta modellərinin o qədər də populyar olmadığını qeyd etmək lazımdır: yığcam beşqapılı avtomobillər bu ailənin satışlarının təxminən iki faizini təşkil edir. Lada Granta alıcılarının yarısından çoxu sedanlara üstünlük verir, müştərilərin üçdə biri liftbekləri, qalanları isə universalları seçirlər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












