Lexus iki nəhəng modeilini təqdim etdi – Qarşılayın; - LX 500 d və LX 600 - VİDEO-FOTO

"Lexus Avropa" nümayəndiliyin təşkilatçılığın ilə yeni Lexus LX modelinin Gürcüstanda təqdimatı və sınaq yürüşləri baş tutdu. Azərbaycandan gedən bir qrup jurnalistin də qatıldığı mərasimdə dəyəri təxminən 200 min manat olan möhtəşəm Lexus LX 500 d və LX 600 modelləri istifadəmizə verildi. Avtosfer.az xəbər verir ki, iki gün davam edən testlərin maşurutu, şose yolları və qatı yolsuzluqdan keçib.
Yürüşlərdə yüksək gücə və fırlatma momentinə malik 3,5 litrlik V6 qoşa turbo benzin mühərrikinə malik LX 600 və 3,3 litrlik V6 qoşa turbo dizel mühərrikinə malik LX 500d versiyaları sınaqdan keçirilib.
Avtomobilin iki yeni güc aqreqatı səlist və rahat hərəkət ritmini təmin edir. Yeni "Lexus" bayraqdarı yaradılarkən brendin qlobal müştərilərinin fərqli ehtiyaclarına və həyat tərzinə uyğunlaşma prinsipi əsas götrülür. Avtomobilin eksteryeri funksyonallıqla eleqantlılığın vəhdətindən ibarət yeni dizayn konsepsiyasını əks etdirir. Modeldə ilk dəfə tətbiq olunan 4 ayrı oturacaqla, 1 kompulitasiya yüksək səviyyəli komfort təmin edir. Bu baxımdan avtomobil istənilən boş limuzinlə mübahisə edə bilər.Yeni Lexus LX-in rəsmi satışlarına, ölkəmizdə tezliklə start veriləcək.
Hər iki variant Lexus brendinə xas unikal idarəetmə xarakteristikalarını həm yolda, həm də yolsuzluq şərtlərində tam reallaşdırmaq üçün elektron idarəetməli əyləclər (ECB) və elektrogücləndiricili sükan sistemi (EPS) təmin edilib.
Avtomobillər daha təhlükəsiz və komfortlu idarəetmə təcrübəsi yaşadan alətlər paneli Lexus brendinin 12,3 düymlük yuxarı ekranı və 7 düymlük aşağı ekranı olan ilk qoşa displeyinə, habelə dünyada bir ilk olaraq avtomobilin arxa hissəsinin altında qalan sahəni göstərən Back Underfloor View (Alt Görünüş Kamerasına) malikdir.
Bundan başqa yeni nəsil LX uzun illərin məhsulu olan etibarlılıq, davamlılıq və yolsuzluq şərtlərində hərəkət xarakteristikalarını yolda hərəkətin rahatlığı ilə bir araya gətirir. İki yeni güclü və səmərəli benzin və dizel güc aqreqatının təqdimatı ilə Lexus brendinin funksionallıqla eleqantlığın vəhdətindən ibarət yeni nəsil dizayn konsepsiyası dörd ayrı oturacağı və yüksək keyfiyyətli komfortu ilə fərqlənən yeni VIP komplektasiya etiva edir. Lexus brendinin ilk barmaq izi tanıyan işəsalma düyməsinin sayəsində təhlükəsizliyin təkmilləşdirilməsi xüsusiyyətlərini birləşdirən LX 600 və LX 500d modelləri özünüzü tam fərqli hiss etməyə imkan verəcək.
Ətraflı məlumat üçün Lexus Azərbaycan nümayəndəliyinə və Lexus.az saytına müraciət edə bilərsiz.
Avtosfer.az saytının rəhbəri, ekspert Elməddinin Muradlının hazırladığı test-drive videosunu təqdim edirik:
Şəfa
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO

















































