"Lexus" yeddiyerli elektrik krossoverinin şəkillərini dərc edib
Keçən ilin dekabr ayında Lexus şirkəti geniş çeşiddə elektromobillər buraxacağını bəyan etmişdi. Hazırda yapon markası planlı şəkildə gələcək yeniliklərin təsvirlərini yaymaqla məşğuldur. Bir həftə bundan öncə, bu il debütü gözlənilən orta ölçülü Lexus RZ krossoveri nümayiş etdirilmişdi, bu gün isə, daha bir elektrik krossoverinin şəkilləri peyda olub. Maraqlıdır ki, yeni krossoverin indeksi belə yoxdur – o hələlik sadəcə Lexus Electrified SUV adlanır.
Bu avtomobil aydın şəkildə RZ modelindən böyükdür: yaponlar onun xarakteristikalarını açıqlamasalar da, krossoverin üç oturacaq cərgəsinə malik olacağı məlumdur. Bir sözlə, qarşımızdakı avtomobil cari yeddiyerli Lexus RX L krossoverinin bənzəridir.
Krossoverin nə zaman təqdim ediləcəyi açıqlanmayıb, odur ki, şəkillərdəki avtomobilin konsept statusunda debüt edəcyi istisna olunmur. Əgər bu doğrudursa, seriya krossoveri bir qədər fərqli ola bilər. Əslində, irəli çıxan qapı tutacaqlarını və ənənəvi güzgüləri əvəzləmiş kamerları artıq yalnız konsept avtomobillərinin atributları hesab etmək olmaz.
Yaxın gələcəkdə belə Lexus avtomobilinin bazara çıxacağından şübhə etməmək gərəkdir, çünki yapon markası 2030-cu ilə qədər müxtəlif sinifləri təmsil edən tamölçülü elektromobillər çeşidinə sahib olmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Avropa, Şimali Amerika və Çində yalnız batareyalı avtomobillər təklfi ediləcəklər. 2035-ci ilə qədər isə, Lexus tamamilə elektrik ötürməsinə keçməlidir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












