Reklam

Lotus Emira: "Mercedes-AMG" mühərriki və zəngin təchizat

Avtodünya 17 Mart 2022 16:47 Oxunub 868
Lotus Emira:  "Mercedes-AMG" mühərriki və zəngin təchizat
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lotus şirkəti 8 aprel tarixindən başlayaraq dördsilindrli Mercedes-AMG turbomühərriki ilə təchiz olunmuş Emira sportkarına sifarişləri qəbul edəcəkdir. Bazara ilk çıxan Emita modeli, 71.995 funt sterlinqə qiymətləndirilən ən bahalı First Edition versiyasında olacaqdır.

Eyni mühərrikə malik olan və gələn ilin yazında satış debütü edəcək baza kupesi isə 59.995 funt sterlinqə qiymətləndirilib. V6 mühərrikli “əlçatan” Emira sportkarı isə 2023-cü ilin yanvar ayından başlayaraq 64.995 funt sterlinqə satılacaqdır

Lotus Emira Britaniya markasının daxili yanma mühərrikli sonuncu modeli olacaqdır. Kupe 3,5-litrlik altısilindrli Toyota mühərriki və 2,0-litrlik Mercedes-AMG M 139 turbomühərriki ilə təklif ediləcəkdir. Sonuncu mühərrik Mercedes-AMG A 45 hetçbekindən tanışdır.

Bu aqreqatın yeni proqram təminatını, özünün giriş və buraxılış sistemini aldığı məlumdur. 2,0-litrlik turbomühərrik 365 at qüvvəsi hasil edir. Mühərrikin dartma qüvvəsi arxa oxa Mercedes-Benz şirkətinin DCT “robotu” vasitəsi ilə ötürlür. Məlum məsələdir ki, transmissiya Lotus və AMG mütəxəssisləri tərəfindən Emira üçün adaptasiya edilib.  

İlkin olaraq, bazara “zəngin” təchizatlı Emira First Edition versiyası çıxacaqdır. “Salamlama” seriyasından olan kupenin təchizatına ikitərkibli əyləc diskləri, şinlərdəki təzyiqə nəzarət sistemi, tamamilə LED işıq texnikası daxildir. Sportkar 20-düymlük “almaz” taraşlanmalı döymə disklər ilə təchiz edilir.Buraxılış sisteminin ucluqları titandandırlar. Yan güzgülər qatlanır və qızdırılırlar.

Kupe standart olaraq Lower Black dəsti (kuzovun aşağı hissəsinin qara rəngə boyanması), qızıdılan və yaddaşa malik olan oturacaqlar, 340-vattlıq KEF səs sistemi, habelə Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən media sistemi ilə təchiz edilir.  

Altı rəngdə kuzov boyalarından seçim təklif olunur: göy Seneca Blue, qırmızı Magma Red, sarı Hethel Yellow, tünd yaşıl Dark Verdant, boz Shadow Grey və Nimbus Grey. İnteryer üçün yeddi rəng sxemi təklif edilir. İnteryer tərtibatda bahalı Nappa dərisindən və alkantaradan istifadə olunur.

Bir neçə opsional paket də var. Lotus Drivers Pack müxtəlif variantda asqını, Goodyear Eagle F1 Supersport və ya Michelin Pilot Sport Cup 2 şinlərini, habelə stabilizasiya sisteminin trek rejimini nəzərdə tutur. Design Pack tünd şüşələri, idman pedallarını və süni zamşa ilə üzlənmiş tavanı, Convenience Pack isə ön parktronikləri, yağış sensorunu və arxa görüntü kamerasını əlavə edir.

Lotus Emira 100 km/saata 4,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 290 km/saatdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh