"Lotus Type 135" elektrik sportkarının ilk təsvirini dərc edib

Lotus şirkəti, keçən ilin yayında buraxılacağı elan olunmuş Type 135 elektrik sportkarının ilk təsvirini dərc edib. Sxematik şəkildə iti ön hissəsi, güclü qanadları və arxa spoyleri olan avtomobil təsvir edilir. Tizer ilə birlikdə maraqlı bir elan da verilib. Lotus şirkəti akkumulyator özəkləri texnologiyası üzrə ixtisaslaşmış Britishvolt fiması ilə əmədaşlıq memorandumu imzalandığı bildirilib.
İmzalanmış memoranduma əsasən, Britishvolt firması Lotus şirktinə idman avtomobilləri üçün batareya yaratamağa kömək edəcəkdir. Əsas diqqət yeyin döldurmaya, enerji sıxlığının optimallaşdırılmasına və akkumulyator blokunun çəksinin mümkün qədər azaldılmasına yönəldiləcəkdir.
Xatırladaq ki, keçən ilin sentyabr ayında Lotus şirkəti E-Sports modul platforması və zavoddaxili Type 135 koduna malik olan elktrik sportkarı haqqında ilk təfərrüatları açıqlamışdı. Yeni axitektura iki variantda təkər bazasına, ikiyerli və ya 2+2 oturacaq düsturuna malik olan elektromobilləri inşa etməyə imkan verəcəkdir.
“Ortamühərrikli” quruluş da nəzərdə tutulub: şaquli istiqamətli batareya oturacaqların arxasında yerləşdiriləcəkdir. Alternativ olaraq döşəmədə yerləşdirilən yastı akkumulyatorlar bloku da nəzərdə tutulub. Sportkarlar hasilatı 476-884 at qüvvəsi arasında olan güc qurğular ilə təchiz ediləcəklər. Batareyaların tutumu isə 66,4 və ya 99,6 kilovat-saat olacaqdır.
Lotus Type 135 modelinin təqdimatı 2026-cı ildə baş tutacaqdır. Təqribən o zaman da, onun Alpine brendi altında buraxılacaq bənzəri debüt etməlidir. Bununla belə, qarıdan gələn yaz aylarında Lotus Type 132 elektrik krossoverini təqdim etməlidirlər. Onun ardınca dördqapılı Type 133 (2023-cü ildə) kupesi və daha yığcam Type 134 (2025-ci ildə) krossoveri işıq üzü görəcəkdir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










