"Manhart 630" at qüvvəli M2 Competition kupesini göstərib
BMW avtomobillərinin təkmilləşdirilməsi ilə tanınan alman Manhart atelyesi hazırladığı növbəti layihəni təqdim edib. Tüner layihənin əsas kimi 410 at qüvvəli 3,0-litrlik S55 biturbomühərrik ilə təchiz edilmiş BMW M2 Competition kupesini götürüb. Atelye mütəxəssisləri mühərrikin gücünü demək olar ki, iki dəfə artırmağa müvəffəq olublar. Bundan başqa, alman kupesi digər yeni detallara da sahib olub. Nəticədə “bərkgedən” kupe faktiki olaraq yarış avtomobilinə çevrilib.
Mühəndislər yeni turbinləri, daha məhsuldar interkuleri, paslanmayan poladdan idman buraxılış sistemini quraşdıraraq mühərrikin gücünü 630 at qüvvəsinə qədər artırıblar. Mühərrikin yeni gücü sportkarın adında öz əksini tapıb – Manhart MH2 630. Daha güclü mühərrik ilə yanaşı, M2 kupesi KW Clubsport koyloverlərinə və gücləndirilmiş ön əyləc mexanizmlərinə sahib olub. İdarə olunan oxda M4 GT4 yarış kupesindən götürülmüş mexanizmlər quraşdırılıb.
İnteryerdəki təkmilləşdirmələr də kupenin idman imicinə xidmət edirlər. Arxa oturacağın yerində təhlükəsizlik karkası, salonda isə çoxsaylı karbon dekor, çoxnöqtəli Schroth Motorsport kəmərləri olan Recaro Sportster CS idman oturacaqları quraşdırılıb.
Vizual olaraq, MH2 630 kupesini Schmiedmann alüminium kapotu, BMW M235i Racing yarış antiqanadı, Michelin şinləri taxılmış 19-düymlük təkər diskləri, habelə karbondan hazırlanmış ön splitter, yan kandarlar və arxa diffuzor sayəsində ayırd etmək olar. Manhart MH2 630 modelinin texniki xarakteristikaları və yeni layihənin qiyməti açıqlanmayıb.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










