Manhart "BMW M135i" modeli üçün tüninq proqramını təqdim edib
Alman Manhart atelyesi “bərkgedən” BMW M135i hetçbeki üçün əsaslı tüninq proqramını təqdim edib. Proqram B48 mühərrikinin gücünü 350 at qüvvəsinə artırmasını, təkər disklərinin və buraxılış sisteminin dəyişdirilməsini, habelə yeni aerodinamik kuzov dəstinin quraşdırılmasını ehtiva edir.
Əlavə olaraq, avtomobilin reaksiyalarının kəskinlyini artırmaq üçün asqını yenidən tənizmləyərək hündürlüyünü azaldıblar. Əyləclər standart olaraq qalıblar, lakin Manhart əlçatan variantları hər bir müştəri ilə fərdi şəkildə müzakirə etməyə hazırdır.
F40 nəslindən olan BMW M135i hetçbekini X2 M35i modelindən tanış olan 2,0-litrlik “turbodördlük” hərəkətə gətirir. Bu mühərrik 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir və 8-pilləli Steptronic Sport “avtomatı” ilə tandemdə çalışır.
Manhart mütəxəssisləri karbonplastikdən hazırlanmış ARMAspeed buraxılış sistemini və MHtronik Powerbox idarəetmə blokunu quraşdırmağı təklif edirlər. Bu dəyişikliklər mühərrikin hasilatını 350 at qüvvəsi və 524 Nm fırlanma anına çatdırmağa imkan verir.
Bundan başqa, bir sıra komponentləri də dəyişdirmək təklif olunur. Məsələn, 300 özəkli katalizatoru və keramika ilə örtülmüş 90-millimetrlik çıxış boruları olan idman buraxılış sistemini quraşdırmaq olar. Siyahıda 30 millimetr qısaldılmış H&R yayları və “almaz” cilalanması olan 20-düymlük Manhart GTS diskləri də var.
Ön spoylerdən tutmuş arxa diffuzor, damdakı spoylerlər və yan ətəklər Maxtron Design firması tərəfindən hazırlanır. Manhart müştərinin istəyi ilə standart əyləcləri də dəyişdirməyə hazırdır, lakin bu maddə ayrıca müzakirə edilir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












