"Maserati Grecale" qış sınaqlarında iştirak edir - VİDEO
Maserati markasının yığcam ölçülü krossoveri olacaq Grecale modeli qış sınaqlarında iştirak edir. İtalyanlar sınaq poliqonu kimi İsveçin Aryepluq şəhərinin yaxınlığındakı donmuş gölü seçiblər.
Burada Maserati mühəndisləri krossoverin ekstremal soyuqlara qarşı davamlılığını yoxlayacaq, habelə müxtəlif hərəkət rejimlərində onun mexatronik hissələrini tənzimləyəcəklər. Grecale modelinin təqdimatı yazda keçiriləcəkdir və əslində bu sınaqları təqdimat öncəsi aparılan sonuncu hazırlıq işləri kimi qiymətləndirmək olar.
Aralıq dənizində əsən küləyin şərəfinə adlandırılmış yığcam krossover, Alfa Romeo Giulia və Stelvio modellərinin əsasını təşkil edən arxaötürməli Giorgio platformasında inşa edilib. Yığcam krossoverin mühərrik çeşidi rəsmi olaraq təsdiqlənməyib.
Şayiələrə görə, Grecale modelinin mühərrik çeşidinə Alfa Romeo aqreqatları daxil olacaqdırlar, lakin Porsche Macan GTS modelinin rəqibi olacaq Grecale Trofeo üçün 3,0-litrlik atlısilindrli Nettuno mühərriki ehtiyatda saxlanılır.
Əvvəllər italyanlar Nettuno mühərrikinin yalnız MC20 modelində quraşdırılacağını bildirmişdilər, odur ki, “bərkgedən” krossover Stelvio Quadrifoglio modelinin 2,9-litrlik V6 mühərriki ilə də təchiz edilə bilər.
Maserati Grecale modelini Stelvio və Giulia modellərinin istehsal olunduğu Kassino (İtaliya) şəhərindəki zavodda buraxcaqlar. Hələlik isə, krossoverin sınaq protoipləri İsveçin Aryepluq şəhərinin yaxınlıqdakı poliqonda mənfi 30 dərəcədən aşağı temperaturlarda sınaqdan keçilirlər.
Belə şəraitdə mühərrikin və klimat-kontrolun iş qabiliyyəti, habelə Maserati üçün vacib olan hərəkət rejimlərinin tənzimləmələri qiymətləndirilir. Mühəndislər çatmayan və izafi dönmə halları zamanı avtomobilin özünü aparmasını, sabitləşdirmə və dartmaya nəzarət sistemlərinin müdaxilə səviyyəsini araşdırırlar.
Maserati Grecale modeli 2021-ci ilin noyabr ayında debüt etməli idi, lakin yarımkeçiricilərin qıtlığı buna mane oldu. İtalyanlar “yarımkeçiricilərin qıtlığı gözlənilən tələbat səviyyəsini təmin etməli istehsal həcminə çatmağa mane olacaqdır” ifadəsi ilə təqdimatı 2022-ci ilin yazında keçirmişdilər.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










