"Mercedes-AMG GT" 4-Door Coupe liftbeki yenidən V8 mühərrikinə sahib olub
Mercedes-AMG GT liftbeki ötən ilin yayında yenilənmədən keçmişdi. Lakin bu yenilənmə altısilindrli mühərrikləri ilə təchiz edilmiş sadə versiyalara aid idi. O zaman V8 mühərriki olan modifikasiyalar çeşiddən yoxa çıxsa da, payızda 843 at qüvvəli GT 63 S E Performance modeli işıq üzü görmüşdü. Çox güman ki, bu gediş hibrid liftbekinin təbliği ilə əlaqədar idi, indi isə adi səkkizsilindrli versiyalar yenidən modifikasiya çeşidinə qaytarılıblar. Özü də praktiki olaraq əzəli şəkildə...
Texniki cəhətdən dəyişiklik yoxdur – Mercedes-AMG GT 63 4Matic+ modeli 585 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki, AMG Speedshift MCT 9G ötürmələr qutusu, ön oxda qoşulma muftası olan tam ötürmə sistemi, tam idarələnən şassi və pnevmatik asqı ilə təchiz olunur. GT 63 S 4Matic+ liftbeki isə, eyni mühərrikin 639 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən versiyasına, elektronika tərəfindən idarə edilən differensiala və drift rejiminə malikdir.
Liftbekin təchiz edildiyi AMG Ride Control+ pnevamtik asqısının tənzimləmələrinə də yenidən baxılıb: mühəndislər komfort və idman rejimləri arasındakı fərqin daha nəzərəçarpacaq olağını vəd edirlər. Səkkizsilindrli liftbeklər 100 km/saat həddinə 3,3 və 3,2 saniyəyə sürətlənirlər, maksimal sürət isə 310 və 315 km/saatdır.
Yenilənmiş səkkizsilindrli modifikasiyalar dəyişdirilmiş ön bamperə sahib olublar: yan tərəfdə şaquli lamelləri olan hava girişləri liftbekin top hibrid versiyası ilə eynidir. Salonda ikili qolları olan yeni AMG sükanı quraşdırılıb. Qalan dəyişikliklər arasında yenidən baxılmış salonun tərtibat materialları, dekorativ paketlər, kuzov rəngləri və disklər var.
Avropada səkkizsilindrli versiyalara sifarişlər artıq qəbul edilir və yerli dilerlərin salonlarında aprel ayında peyda olacaqlar. Mercedes-AMG GT 64 4Matic+ modeli 158 min avrodan, GT 63 S 4Matic+ versiyası isə 175 min avrodan başlayır. Ən güclü hibrid liftbekinin qiyməti 198 min avrodur.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










