"Mercedes-Benz E-Class" “sığır” testində qənaətbəxş nəticəni göstərib

İspan km77.com nəşrinin jurnalistləri yeni nəsil Mercedes-Benz E-Class modelini sınaqdan çıxarıblar. Ənənəyə uyğun olaraq, alman avtomobili “sığır testlərində” də iştirak edib. Jurnalistlər sınaqlar üçün hibrid güc qurğusu ilə təchiz edilmiş Mercedes-Benz E 300de 4Matic universalını götürüblər. Universal öndə 245/45 R18, arxada isə 275/40 R18 şinləri ilə təchiz edilib. Belə universalın çəkisinin 2215 kiloqram olduğu məlumdur.
Xatırladaq ki, "sığır testinin" əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən ani yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılmasıdır. Buna başqa adla “Sığır testi” də deyirlər. Uğursuzluq dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Uğurlu nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 77 km/saat sürəti ilə keçməsi gərəkdir.
İlkin olaraq, ispanlar “sığır testini” 77 km/saat həddində həyata keçiriblər, lakin alman universalı bu tapşırığın öhdəsindən gələ bilməyib. Universal 76 km/saat həddində koridora daxil olsa da, yenidən hərəkət xəttinə qayıda bilməyib. Ən uğurlu nəticə isə, 75 km/saat həddində qeydə alınıb.
Mercedes-Benz E-Class modelinin nəticəsini qənaətbəxş saymaq olar. Müqayisə üçün, Opel Insignia modeli “sığır testini” 83 km/saat həddində yerinə yetirmişdir. İstənilən halda, E-Class universalının qeydə aldığı nəticə bu tapşırığı 70 km/saat həddində yerinə yetirmiş Volkswagen Golf və Mercedes-Benz CLA modellərinin göstəricisindən daha yaxşıdır.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












