"Mercedes-Benz EQS" elektrokarı “sığır” testinin öhdəsindən gələ bilməyib

Avtodünya 1 Fevral 2022 17:30 Oxunub 1152
"Mercedes-Benz EQS" elektrokarı “sığır” testinin öhdəsindən gələ bilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəfələrlə yeni nəsil elektromobillərin “sıgır” testində yaxşı nəticələr əldə etdiyinin şahidi olmuşuq. Sıfır tullantısı olan avtomobillərin əksəriyyəti dayanıqlıq probleminin öhdəsindən daxili yanma mühərriki olan modellərdən daha yaxşı gəlirlər. Lakin Mercedes-Benz markasının flaqman elektrokarı olan EQS modeli bu qaydalardan istisnadır – elektrik sedanı km77.com nəşri tərəfindən aparılmış sınaqlar zamanı ispan jurnalistlərini heyrətləndirə bilməyib.

Mercedes-Benz EQS modeli “sığır” testini heç bir konusa toxunmadan 72 km/saat həddində keçməyə müvəffəq olub. Bu o qədər də dəhşətli nəticə olmasa da, elektromobildə tətbiq edilən texnologiyaları nəzərə alsaq, belə nəticə bir qədər məyus edir. Doğrudur, Skoda Enyaq iV elektrokarı daha pis nəticə gösətirb, lakin çex krossoveri belə qabaqcıl texnologiayalara malik deyil.  İspan jurnalistləri nəticəni “qeyri-məqbul” qiymətləndirsələr də, sürücünün avtomobili yolda saxlamaq üçün problemlərlə üzləşmədiyini də etiraf ediblər.

İspan həmkarlarımız EQS modelinin çəkisinin “sığır” testindəki əsas düşməninin olduğunu bildiriblər. Asqı, sükan idarəetməsi və elektron sistemlər yaxşı işləsə də, heç bir şey iri akkumulyator blokunun çəkisini kompensasiya edə bilmir. Məsələn, idarələnən arxa oxu olmayan ekvivalent Mercedes-Benz S-Class sedanı 74 km/saatlıq nəticəni göstərib. Halbuki EQS modeli belə opsiyaya malik idi.

Jurnalistlər testi 72 km/saatın üzərindəki sürətlərdə həyata keçirən zaman, EQS modeli çatışmayan dönmə qabiliyyətini nümayiş etdirib. Sonunda, test-pilotlar şinləri daha çox aşındırmamaq üçün testlərin üçüncü mərhələsindən imtina etməli olublar. Hətta, aktivləşdirilmiş idman rejimində belə, asqı EQS modelinin çəkisinə davam gətirməyib. Üstəlik, test-pilotlar Comfort və Sport rejimləri arasındakı dəqiq fərqi hiss edə bilməyiblər.

Mercedes-Benz EQS modelinin nüfuzunu yalnız AMG bölməsi tərəfindən hazırlanmış Mercedes-AMG Eqs versiyası bərpa edə bilər. Lakin belə bir versiyanın testlərinin km77.com nəşri tərəfindən nəzərdə tutulub-tutulmadığı hələlik məlum deyil.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh