"Mitsubishi" Ralliart brendini Yaponyada da canlandırıb

Mitsubishi ötən ilin payızında Tailandda Ralliart brendinin yenidən canlandırılmasına başlayıb: orada Mitsubishi Pajero Sport ofrouderi və Mitsubishi Triton pikapının ralli üslubunda dizayna malik olan xüsusi versiyaları satışa çıxarılıb. Bununla belə, avtomobillərdə heç bir texniki təkmilləşdirmə aparılmayıb. İndi isə, Ralliart bölməsi Yaponiyada canlandırılıb, lakin burada brend daha sadə formatı ilə seçilir.
Yerli alıcılara dörd model üçün aksessuarlar dəsti təklif olunur – bunlar, yeni nəsil Outlander, Eclipse Cross və RVR (bizə tanış olan ASX) krossoverləri, habelə Delica D:5 minivenidir. Aksessuar çeşidində palçıq qoruyucuları, qırmızı örtmələr, spoylerlər, təkər qapaqları və kuzov stikerləri var. Salonu isə, xüsusi kilimlər və qırmızı mühərriki işə salma düyməsi ilə bəzəmək olar.
Bu aksesuarları ayrıca da almaq olar. Söhbət, Tailandda olduğu kimi artıq "zavodda" tamamlanmış xüsusi versiyaların yaradılmasından getmir. Üstəlik, brendin loqotipləri olan başqa aksessuarlar da var: gödəkçələr, önlüklər və “kovid” maskaları. Bir sözlə, bütün Ralliart yenilikləri bunlardan ibarətdir.
Qeyd etmək gərəkdir ki, bu yeniliklər cari ilin yanvar ayında təqdim olunmuş Mitsubishi Vision Ralliart Concept krossoverinin səviyyəsinə belə çatdırılmayıblar: konsept ən azından aqressiv kuzov dəstinə, gücləndirilmiş əyləclərə və yenidən tənzimlənmiş asqıya malik idi. Bununla belə, Mitsubishi şirkəti gələcəkdə Ralliart bölməsinin inkişafının davam etdiriləcəyinə söz verib.
Ralliart yenilikləri ilə eyni zamanda, Amerikada Mitsubishi Outlander krossoverinin Black Edition adlı xüsusi versiyası təqdim olunub. “Qara” versiyanın əsas cəhətləri bamper və qapı tutacaqlarındakı qara örtmələr, güzgülərin qara rəngli gövdələri və eyni rəngli 20-düymlük təkər diskləridir. ABŞ-da “qara” seriyadan olan Mitsubishi Outlander modeli 30 min dollara başa gələcəkdir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












