"Mitsuoka" şirkəti xüsusi "Rock Star" rodsterini buraxıb
Mitsuoka şirkəti Mazda MX-5 rodsterinin bazasında inşa edilmiş Rock Star rodsterinin 201-ci nüsxəsini buraxıb. 200 nüsxəlik tirajla buraxılmış rodsterlər Yaponiya bazarı üçün nəzərdə tutulub və sağda yerləşən sükana malikdirlər. Lakin 201-ci nüsxə MX-5 modelinin Kanada üçün buraxılmış versiyasına əsaslanır və müvafiq olaraq sol tərəfdə yerlşən sükana malikdir. Yeri gəlmişkən, rodsterin adı da onun eksklüzivliyindən xəbər verir - Rock Star LHD Only1 Special.
Klassik Chevrolet Stingray modelinin üslubunda görünüşə malik olan Rock Star rodsteri cari ND nəslindən olan MX-5 modelinin aqreqatlarında inşa edilib. Xatırladaq ki, adi Mazda MX-5 rodsteri 132 at qüvvəli 1,5-litrlik Skyactiv-G mühərriki ilə təchiz edilir. Güc aqreqatı altıpilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Lakin sol tərəfdə sükanı olan Rock Star LHD Only1 Special modelini 184 at qüvvəli 2,0-litrlik mühərrik ilə təchiz ediblər.
Yaponiyanın Car Watch nəşri solsükanlı Rock Star modelinin xüsusi sxemlə satılacağını müəyyən edib. Atomobil lotoreyada oynanılacaq. Ərizələrin qəbuluna bu gün başlanır ə onların sayı 100 ədədə çatan kimi (bunun 14 fevralda baş verəcəyi ehtimal olunur) qəbul dayandırılacaqdır. Lotoreya fevral ayının sonunda keçiriləcəkdir.
autograph.az
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO










