"Nissan" və "Infinit" iki yeni elektrik sedanı hazırlayırlar

Nisssan şirkəti Kantondakı (ABŞ, Missisipi ştatı) yığma meydançasına böyük sərmayə qoyacağını bəyan edib. Yaponlar müəssisənin modernləşdirilməsinə 500 milyon dollar investisiya qoyaraq , sonradan bu meydançada Nissan və Infiniti emblemlərini daşiyan iki yeni elektrik sedanının istehsalına başlamaq niyyətindədir. Hər iki elektrosedan 2025-ci ildə debüt etməlidir, hələlik isə, şirkət yeniliklərin ilk videotizerlərini dərc edib.
Yarım dəqiqəlik videçarxda Nissan və Infiniti markalarınmın elektrik yenilikləri sedana bənzəyirlər ki, bu da, krossoverlərin populyarlığının artdığı bir zamanda qeyri-adi görünə bilər. Yeni elektromobillər barədə heç bir məlumat verilməyib, lakin bir sıra məlumatlara görə, onların əsasını Renault-Nissan-Mitsubishi alyansının CMF-EV platforması təşkil edə bilər.
Xatırladaq ki, bu platformadan Nissan Ariya və Renault Megane E-Tech modellərinin inşasında istifadə olunub. Bu arxitekturanı C və D sinifindən olan modellər üçün hazırlayıblar: cəmi 15 yeni modelin buraxılması nəzərdə tutulub və 2023-cü ilə onların ümumi satış həcmi 1,5 milyon nüsxəyə çatmalıdır.
Autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












