Porsche" "Macan Touring" versiyasına sahib olub
Keçən ilki restaylinqdən sonra Porsche Macan modelinin modifikasiya çeşidindən Turbo versiyası yoxa çıxıb və onu Macan GTS versiyası əvəzləyib. İndi isə, bu ailəyə yeni Macan T krossoveri qoşulub - versiyanın adındakı “T” hərfi Touring kimi açıqlanır və 911 sportkarının 1970-ci illərində buraxılmış “purist” variantlarına işarə edir. İdeya əvvəlkidir: idarəetmə həzzinə xələl gətirmədən avtomobili daha yüngül və əlçatan etmək.
Macan T versiyası 265 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikə, 7-pilləli PDK “robotuna” və PTM tam ötürməsinə malik olan adi Macan modelinin əsasında hazırlanıb.
Aqreqat seçimi ön oxa düşən ağırlıq ilə izah edilir: baza versiyasında ön oxa düşən ağırlıq 2,9-litrlik V6 tvin-turbo mühərriki ilə hərəkətə gələn Macan S modelində olduğundan 60 kiloqram azdır ki, bu da avtomobili əla dinamika və menvr qabiliyyəti ilə təmin edir. Porsche Macan T modeli 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir və 232 km/saatlıq maksimal sürət həddinə malikdir.
Macan T modelinin standart təchizatına Sport Response düyməsi olan, habelə qaz pedalı və ötürmələr qutusunun reaksiyasını kəskinləşdirən Sport Chrono paketi daxildir. Adaptiv PASM asqısı 15 millimetr azaldılmış klirens, daha sərt stabilizatorlar və arxa ötürməyə yönümlü yenidən tənzimlənmiş transmissiyaya ilə birlikdə quraşdırılır.
Əlavə ödəniş qarşılığında pnevmodayaqları, elektronika tərəfindən idarələnən arxa diffuzoru olan PTV Plus dartma vektoruna nəzarət sistemini, əlavə olaraq 10 millimetr azaldılmış klirensi (dördsilindrli Macan modelləri üçün yeni opsiyadır) sifariş etmək mümkündür.
Porsche Macan T modeli üçün 13 kuzov rəngi təklif olunur, lakin “puristik” krossoveri digərlərindən Agata Grey boz metallik rəngində dizayn elementləri sayəsində ayırd etmək mümkündür.İdman oturacaqları Sport-Tex parçası və dəri birləşməsindən üzlüyə malikdirlər. GT sükan çarxının trtibatında Race-Tex mikrofiberi və karbonplastikdən istifadə olunur. Hava ionizatoru isə opsiyadır. Porsche Macan T krossoverinə sifarişlər artıq qəbul edilirlər.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












