"Porsche" və "Lamborghini"-lərin yandığı hadisənin zərəri 400 milyon dolları KEÇƏ BİLƏR

Ötən həftə Atlantik okeanında 4 minə yaxın Volkswagen avtomobili daşıyan və alovlanan yük gəmisində Volkswagen-in itkisi ən azı 155 milyon dollara çata bilər.
Avtosfer.az xəbər verir ki, risk idarəetmə şirkəti Russell Group, Almaniyadan ABŞ-a lüks avtomobillər daşıyarkən alovlanan böyük yük gəmisi Felicity Ace-dəki malların ümumi dəyərinin 438 milyon dollar, avtomobillərin ümumi dəyərinin isə təxminən 401 milyon dollar olduğunu açıqlayıb.
Gəmidə Volkswagen (VW) qrupuna aid Porsche, Audi, Bentley və Lamborghini avtomobilləri olub.
Russell Group bəyan edib ki, Volkswagen istisna olmaqla avtomobil istehsalçılarının zərəri 246 milyon dollara çata bilər.
Almaniyanın Emden şəhərindən yola düşən və ABŞ-ın Devisvil şəhərinə çatması planlaşdırılan gəmidə baş verən yanğında 22 ekipaj üzvünün təxliyyə edildiyi, neft sızıntısının olmadığı bildirilib. (Marja)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












