"Renault Austral" krossoverinin bəzi interyer detallarını göstərib
Renault şirkəti yeni Austral krossoverinin tizer kampaniyasını davam etdirir. Əvvəlcə, Avropadakı model xəttindəki Kadjar modelini əvəzləyəcək yeni krossoverin kamuflyajlı görüntüləri, sonra isə interyer dizaynını nümayiş etdirən eksizlərini dərc olunub. İndi isə, Renault şirkəti Austral modelinin bir neçə şəklini yayaraq, interyerin tərtibatında istifadə edilərn materiallar barədə məlumat verib.
Renault Austral krossoverinin sərnişinlərinin toxunacağı hər bir detal yumşaq və xoşagələndir. Hər halda Renault şirkətinin mətbuat xidməti belə iddia edir. Ön panelin yuxarı hissəsi tutqun rəngli örtüyə malikdir, aşağı hissəsi isə əsl ağacla işlənilib. Ağacdan işləmələr yapon “maki-e” texnologiyasından istifadə olunmaqla hazırlanıb: parçanın köməyi ilə lak səthinə teskturanı vurğulayan metallaşdırılmış piqmentlər vurulur.
Artıq bildiyimiz kimi, Austral krossoverində də Megane E-Tech modelindən tanış olan L-şəkilli klaster quraşdırılıb. Bu klasterdə cihazlar paneli və OpenR Link multimedia sisteminin iri taçskrini birləşdirilib. Ekranların ümumi sahəsi 774 kvadrat santimetrdir. İnteryerin digər xüsusiyyətləri arasında xırda əşyların saxlanılması üçün umumi həcmi 30 litr olan bölmələr, geniş ikinci cərgə və ikinci cərgənin divanının kürək hissəsinin baqajdan elektrik ötürməsi ilə qatlanması var.
Ön panelin səviyyələrini qapılara qədər uzanan işıqlanan zolaq ayırır. Qapılar da yumşaq material ilə örtülüblər – tərtibatda rəngi qaradan tədricən açıq boza keçən tekstildən və synderm adlanan süni dəridən istifadə olunur. Mərkəzi qol dayağı “satinləşrdirilmiş xrom” ilə hazşiyələnib və saat mexanizmlərindən ilhamlanaraq yaradılmış hərəkət edən konstruksiyaya malikdir: dayaq vəziyyətini dəyişən zaman seyf kilidinin səsinə bənzəyən çıqqıltı eşidilir.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










