"Renault Austral" krossoverinin eksteryer dizaynı açıqlanıb
Renault şirkəti yeni Austral krossoverinin tizer kampaniyasını davam etdirir. Avropada satılacaq krossoverin kamuflyajlı şəkilləri artıq fransız istehsalçısı tərəfindən rəsmi olaraq dərc edilmişdi. Bu gün Renault şirkəti Austral modelinin eksteryer dizaynını nümayiş etdirib – doğrudur, hələlik dizayner eskizi vasitəsi ilə. Ehtimal oldunduğu kimi, Austral krossoveri Magane E-Tech elektrik krossoveri üslubunda eksteryer dizaynına malik olacaqdır. Xatırladaq ki, Renault Austral modelinin təqdimatı 8 mart tarixində keçirilməlidir.
Megane E-Tech modeli ilə bənzərlik LED “bumeranqları” olan ön fənərlərində, kapotdakı çıxıntılarda, habelə hava girişlərinin forması və təkər disklərinin dizaynında özünü biruzə verir. Lakin yanacaqlı Austral modelində tamölçülü radiator barmaqlığı var. Xatırladaq ki, Megane E-Tech modelində ön fənərlər işıqlanan nazik zolaq vasitəsi ilə mərkəzdəki loqotipləbirləşdirilir.
Təsvirdəki iri təkər diskləri də diqqəti çəkir – belə cəhət dizayner eksizlərinin xarakterik xüsusiyyətidir, lakin Renault seriya krossoverinin də belə disklərə sahib olacağını vəd edib. Bundan başqa, yeni modeldə ön, arxa və yan tərəfdəki müdafiə lövhələrinin quraşdırılacağını bildirilib. Üstəlik, avtomobilin “cəlbedici klirensi” seçiləcəyi qeyd edilib.
Renault Austral modeli CMF modul platformasının yeni CD3 versiyasında inşa ediləcəkdir. Krossoverin mühərrik çeşidinə benzin mühərriklərin əsasında yaradılmış və 200 at qüvvəsinə qədər gücü olan hibrid güc qurğuları daxil ediləcəkdir. Dizel versiyalarının buraxılması nəzərdə tutulmayıb.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












