“Renault” yeni krossoverini təqdim edib – FOTO

“Renault” şirkəti rəsmi olaraq yeni modelini – 2022-ci ildə Avropa bazarına çıxacaq “Austral” krossoverini təqdim edib.

VERSION ICONIC – ESPRIT ALPINE – EN SITUATION
Banker.az xəbər verir ki, dizaynı “Renault Megane E-Tech” üslubunda hazırlanmış avtomobil “Nissan Qashqai”nin “CMF-CD3” platforması üzərində qurulub.

Şirkətdən verilən məlumata görə, krossoverin yalnız hibrid versiyası satışa çıxacaq. Ən sadə model 130 at gücündə 1.2 litrlik turbomühərrik və 48 voltluq starter generatorla təchiz ediləcək. Eyni zamanda 140 at gücündə 1.3 litrlik turbomühərrik və 12 voltluq starter generatorlu üstün versiya təqdim ediləcək. Vurğulanır ki, “Austral”ın flaqman modeli 200 at gücündə hibrid “E-Tech” olacaq.

“Renault Austral” markanın “Renault Kadjar” modelini əvəzləyəcək. Yenilik İspaniyadakı zavodda istehsal olunacaq, satışlar isə ilin sonunda başlayacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












