Rusiyada nəhəng avtomobil şirkəti çökdü: böhrana dözmədi

Qərbin sanksiyaları Rusiyanın böyük avtomobil istehsalçısı “Lada” zavodlarının fəaliyyətini dayandırıb. “Lada” zavodlarında minlərlə işçi məzuniyyətə göndərildiyi üçün montaj xətləri bir müddət boş qalıb.
Avtosfer.az xəbər verir ki, şirkət avtomobil istehsalı üçün lazım olan materialları tapa bilməyib. Bu isə Rusiya avtomobil zavodlarının gələcəyini mübahisəli edib.
Belə ki, sanksiyalar fonunda Rusiya banklarının “Swift” ödəniş sistemindən kənarda qalması Rusiya şirkətlərinin təchizatçılarla sövdələşmələrini dayandırmasına səbəb olub.
“Lada”nın təsisçi şirkəti “AvtoVAZ” açıqlamasında avtomobil hissələrinin 20%-dən çoxunun Rusiya xaricindən gətirildiyini, Avropa ilə ticarətin dayanması ilə “AvtoVAZ”ın da fəaliyyətinin dayanacağı bildirilib. Bir digər açıqlamada isə “Lada”nın martın 11-dək zavodlarını bağlamağı planlaşdırdığı söylənib.
Qeyd edək ki, zavodun fəaliyyətini dayandırması “AvtoVAZ”ın aparıcı şirkəti “Renault” üçün də böyük problem yarada bilər. Belə ki, “Lada” ötən il təqribən 350 min avtomobil satışı edib ki, (“Renault”un bütün satışlarının 12%-i) bu da Rusiyanı Fransadan sonra ikinci ən böyük bazara çevirib. Bununla da, “Renault” Rusiyadakı əməliyyatlardan 181 milyon dollar xalis mənfəət əldə edib.
“Paralel.az ”
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












