"SAIC" premium "Zhiji E7" elektrik sedanına sifarişlərin qəbuluna başlayıb
SAIC konserni və Alibaba şirkəti tərəfindən yaradılmış IM Motors brendi özünün Zhiji L7 adlı ilk modelinə sifarişləri qəbul etməyə başlayıb. Yeni modelin müştərilərə çatdırılmasına aprel ayının sonunda başlanılacaqdır.
Hazırda IM Motors 408.800 yuana satılan L7 Pro bayraqdar versiyasını təklif edir. Çin istehsalçısı Zhiji L7 modelinin bazardakı əsas rəqibinin Nio ET7 liftbekinin olduğunu hesab edir. Xatırladaq ki, Nio ET7 modeli xüsusi olaraq alman premium markalarının elektrokarları ilə rəqabət aparmaq üçün yaradılmışdı. Zhiji L7 modelinin uzunluğu 5098 millimetr, eni - 1960 millimetr, hündürlüyü isə 1482 millimetrdir. Təkər bazasının genişliyi 3100 millimetrdir.
Zhiji L7 modelinin güc qurğusu ümumi hasilatı 578 at qüvvəsi və 725 Nm fırlanma anı olan iki elektrik mühərrikindən ibarətdir. Elektrokar 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Seçim olaraq, SAIC və CATL tərəfindən yaradılmış iki batareya təklif edilir. Batareyalar 93 və 115 kilovat-saat tutuma malikdirlər və müvafiq olaraq, sedanı 615 və 874 kilometrlik yürüş ehtiyatı ilə təmin edirlər.
Nio ET7 modelinə gəldikdə isə, bayraqdar sedan çoxdan debüt edib, lakin onun müştərilərə çatdırılmasına hələ də başlanılmayıb. Xatırladaq ki, Nio ET7 modeli 75, 100 və 150 kilovat-saatlıq batareyalar ilə təklif olunur. Bu batareyalar müvafiq olaraq, 550, 705 və 1000 kilometr məsafə qət etməyə imkan verəcəkdirlər. Hələlik üstünlük Çindəki alıcıların rəğbətini qazanmış Nio tərəfindədir. Odur ki, IM Motors rəqibini keçmək üçün ciddi şəkildə işləməlidir.
autograph.az
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ








