Shelby "Ford F-150 Raptor" pikapı üçün yenilənmələr paketini hazırlayıb
Məşhur Shelby Amercan şirkəti “bərkgedən” Ford F-150 Raptor pikapı üçün yenilənmələr paketini hazırlayıb. Yeni paketə sifarişlər artıq qəbul olunur və 2021 və 2022 model ilinin pikapları üçün əlçatandır.
Cari Ford F-150 Raptor modelinin mühərriki 457 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edir. Shelby isə mühərriki 532 at qüvvəsi və 826 Nm fırlanma anı üçün tənizmləyir. Bir sözlə, artım 76 at qüvvəsi və 135 Nm təşkil edir.
Yenilənmə paketinə böyüdülmüş hava girişi və alüminium interkuler daxildir. Opsional olaraq, daha məhsuldar firma buraxılış sistemini və BDS komponentlərindən ibarət olan asqının hündürlüyünün artırılması dəstini sifariş etmək mümkündür.
Əlbəttə ki, F-150 Raptor modelinin xarici görünüşü də təkmilləşdirilib: pikap LED elementləri olan ön bamperi, havalandırma dəlikləri olan kapotu və Shelby yazısı həkk edilmiş radiator barmaqlığını əldə edib. Kuzovdakı qara zolaqları da unutmamaq gərəkdir. Bundan başqa, irəli çıxan kandar pillələri də işıqlandırılır.
Yük bölməsində LED zolağla olan qara barmaqlıq və iki ehtiyat təkəri peyda olub. Pikap 37-düymlük BF Goodrich KM3 Mud Terrain yolsuzluq şinləri taxılmış 18-düymlük disklərlə təchiz olunur.
İnteryerdəki yeniliklər oturacaqların kürək hissəsinə və ayaqaltılara tikilmiş Shelby loqotiplərindən ibarətdir. Bundan başqa, karbon lifindən işləmələr, alüminium pedallar və tündləşdirilmiş şüşələr də var. Yenilənmə paketinin qiyməti 54.995 dollar təşkil edir. Avtomobilin satış qiymətini də nəzərə alsaq, hazır Shelby F-150 Raptor pikapının qiyməti 127.895 dollara qədər arta bilər.
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu










