Skoda Enyaq Coupe iV krossoveri debüt edib

Avtodünya 1 Fevral 2022 20:45 Oxunub 1652
Skoda Enyaq Coupe iV krossoveri debüt edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son 25 ildə “Skoda” və “liftbek” sözləri demək olar ki sinonimə çevriliblər. Buna baxmayaraq, çex istehsalçısı belə kuzovdan krossoverlər üçün istifadə etməyiblər. Hətta, Çin bazarı üçün nəzərdə tutulmuş Kodiaq GT və Kamiq GT modelləri alçaq dama malik olsalar da, universal kimi qalırlar. Skoda markasının ilk kupeşkilli krossoveri yalnız indi peydda olub və bu Skoda Enyaq Coupe iV elektromobilidir.

Əslində bu elektromobil bənzər dama malik olan Vision E və Vision iV konept avtomobillərinin seriya variantıdır. Buna baxmayaraq, Skoda Enyaq iV ilkin olaraq universal kuzovu ilə debüt edib. Onunla müqayisədə Coupe versiyası kuzovun başqa yuxarı hissəsin malikdir.

Bununla belə, “kupe” standart krossoverdən alçaq deyil, əksinə 6 millimetr (1622 millimetr) hündürdür. Yeni arxa hissə qabarit uzunluğunu 14 millimetr (4563 millimetr) artırıb. Kupe-krossoverin eni (1879 millimetr) və təkər bazası (2765 millimetr) adi krossoverdəki ilə eynidir.

Panoram dam Enyaq Coupe iV modelinin ilkin təchizat səviyyəsində də var. Bundan başqa, kupe-kross standart olaraq 19-düymlük təkər diskləri ilə təchiz edilir. Xatırladaq ki, adi Enyaq iV modelinin baza versiyasında 18-düymlük disklər quraşdırılır.

Matrisa fənərləri və 131 diaodla işıqlandırılan radiator barmaqlığı üçün,ən güclü RS variantı istisna olmaqla, digər bütün variantlarda əlavə ödəniş etmək lazım gələcəkdir. Baqaj bölümünün həcmi 585 litrdən 570 litrə qədər azalıb, beşinci qapının kandarı isə, adi krossover ilə müqayisədə nəzərəçarpacaq dərəcədə hündürdür. Bu səbəbdən də nömrə nişanı yeri beşinci qapıdan bamperə köçürülüb.

Kupeşəkilli krossoverin interyeri adi krossoverdəki ilə eynidir, lakin multimedia sisteminin 10-düymlük baza displeyi Elyaq Coupe iV modelində təklif olunmur. Ön panelin mərkəzində 13-düymlük diaqonalı olan iri displey yerləşir.

Virtual cihazlar paneli 5,3-düymlük olsa da, əlavə ödənişlə onu proyeksiya displeyi ilə tamamlamaq olar. Bir neçə tərtibat varinatında seçim verilir ki, bunların arasında zeytun ağacının yarpaqlarından alınmış ekstrat ilə emal edilmiş dəri, habelə plastik şüşələrin təkrar emalından alınmış material və yun da var.

Daha axıntılı siluet sayəsində avtomobilin aerodinamik müqavimət əmsalı 0,255-dn 0,234-ə enib. Lakin daha aqressiv bamperləri olan “bərkgedən” Enyaq Coupe RS iV modelində bu göstəərici 0,248 təşkil edir.

İstənilən halda yaxşılaşdırılmış aerodinamika modelin yürüş ehtiyatını artırmağa imkan verib. Ən “uzunmənzilli” Versiya WLTP dövrünə əsasən 545 kilometr qət edə bilər. Bu standart krossoverdə olduğundan 11 kilometr çoxdur.

Adi Skoda Enyaq iV modeli beş modifikasiyada təklif olunur, lakin Coupe indeksli Versiya yalnız dörd versiyada satılacaqdır. Ən sadə 50 versiyası olmayacaqdır. Buna görə də, baçlanğıc Enyaq Coupe 60 iV modeli arxa ötürməyə, 179 at qüvvəli elektrik mühərrikinə 62 kilovat-saatlıq batareyaya malik olacaqdır.

Bir pillə yuxarıda 204 at qüvvəlii elektromotor və 82 kilovat-saatlıq batareyası olan Enyaq Coupe 80 iV versiyası duracaqdır. Məhz bu versiya ən uzun mənzilə malikdir.

Bu modifikasiyanın ardınca 265 at qüvvəli ikimühərrikli güc qurğusu və tam ötürməsi olan Skoda Enyaq Coupe 80x iV versiyası gəlir. Lakin mühərriklərin ümumi gücü məhdudlaşdırılıb - ön mühərrik 102, arxa mühərrik isə 204 at qüvvəsi hasil edir. Maksimal 306 at qüvvəsi yalnız Enyaq Coupe RS iV top versiyası üçün əlçatandır.

“Bərkgedən” kupe-krossun standart təchizatına 20-düymlük disklər, hündürlüyü öndə 15 millimetr, arxada 10 millimetr azaldılmış idman asıqısı daxildir. RS versiyası 100 km/saat həddini 6,5 saniyəyə toplayır və 180 km/saatlıq (+ 20 km/saat) maksimal sürət həddinə malikdir. Yeri gəlmişlən adi Enyaq iV modelinin RS versiyası bəyan edilsə də, satışda peyda olmayıb, odur ki, Coupe RS çeşiddəki iilk “bərkgedən” elektrokardır.

Skoda Enyaq Coupe iV modelinin Avropadakı satışlarına yazda başlanmalıdır. Yeri gəlmişkən, adi Enyaq iV modeli 2021-ci ildə 44.700 nüsxəlik tirajla satılıb. Satış həcmlərinə görə Enyaq hələlik nə qohumu olan Volskwagen ID.4 modelinə(Avropada 51 min nüsxə ilə satılıb), nə də “karbonhidrogenli”  Skoda Kodiaq modelinə (Avropada 58 min nüsxə ilə satılıb) çatır. Lakin kupeşəkilli modifikasiyanın çıxması ilə Enyaq modeli satışlara görə Kodiaq krossoverinə yaxınlaşmalıdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh