"Skoda" şirkəti "Enyaq" modelinin ardınca üç yeni yığcam elektrokar buraxacaq

“Autocar” nəşrinin məlumatına görə, Skoda şirkəti Enyaq və Enyaq Coupe krossoverlərindən sonra daha üç elektrokarı model çeşidinə əlavə edəcəkdir. Hər üç elektrokar Enyaq modelindən daha yığcam və daha ucuz olacaqdırlar. Növbəti yenilik Golf sinifində çıxış edən elektrik hetçbeki (Volkswagen ID.3 modelinin analoqu) olmalıdır.
"Autocar" nəşri belə elektromobil haqqında şayiələrin hələ beş il bundan əvvəl peyda olduğunu iddia edir: çox güman ki, yeni elektrik hetçbeki üçün, Skoda şirkəti keçən əsrin altmışıncı və doxsanıncı illərində istifadə etdiyi tarixi Felicia adını yenidən canlandıracaqdır. Texniki cəhətdən hetçbek tamamilə Volkswagen ID.3 modelini təkrarlayacaqdır.
Hetçbekin ardınca MEB platformasında inşa edilmiş orta ölçülü liftbek - Octavia modelinin elektrik analoqu işıq üzü görəcəkdir. Skoda Octavia şirkətin ən çox satılan modelidir (keçən il 201 min avtomobil) və elektromobillər bazarının bu seqmentini hesaba almamaq axmaqlıq olardı.
Üçüncü yeni elektrokar isə, bir ildən az konveyer həyatı yaşamış Skoda Citigo iV modelinin formal varisi olan yığcam hetçbekdir. Ən kiçik Skoda elektrokarı önötürməli sadələşdirilmiş MEB Entry platformasına əsaslanacaq və texniki cəhətdən gələcək Volkswagen ID Life modelinin analoqu olacaqdır. Subkompakt elektrokarın debütü 2025-ci ildə baş tutmalıdır.
Əlbəttə ki, çex markasının elektromobillər çeşidi genişlənməyə davam edəcəkdir və hətta, bu çeşiddə üçsıralı modellər də peyda olacaqlar. Next Level strategiyasına əsasən, Skoda şirkəti 2030-cu ilə qədər Avropadakı satış strukturundakı elektromobillərin payını 50-70 faizə (ölkədən asılı olaraq) çatdırmağı planlaşdırır
Autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












