Slovakiya adambaşına düşən avtomobil istehsalına görə dünya lideridir

Slovakiyada avtomobil istehsalı ötən il pandemiyanın yaratdığı problemlərə baxmayaraq dörd faiz artıb və bir milyonluq həddi ötüb.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, istehsalçılar 2022-ci ildə də oxşar istehsal həcminə nail olunacağına ümid bəsləyirlər. Qeyd edilən istehsal göstəricisi ilə Slovakiya dünya üzrə adambaşına düşən avtomobil istehsalına görə dünya lideridir. Dünyanın bir sıra aparıcı avtomobil şirkətləri Avropa üçün avtomobil istehsalının son mərhələsini bu ölkədə həyata keçirirlər. Bu fakt da 5,5 milyon əhalisi olan Slovakiyanı dünyada ən çox avtomobil istehsal edilən ölkələrdən birinə çevirir.
Slovakiya Avtomobil Sənayesi Birliyindən bildirilib ki, Slovakiya Avropada elektrik avtomobillərindən ən az istifadə edilən ölkələrdən biridir və bu sahədə geniş potensial mövcuddur. Qeyd edilib ki, 2021-ci ildə elektrik və hibrid mühərrikli avtomobillər ölkədə satılmış yeni avtomobillərin cəmi 3 faizini təşkil edib. Birlik hökumətdən tələb edib ki, həm ölkədə elektrik mühərrikli avtomobillərin istehsalı, həm də onların alışı üçün təşviqedici proqram həyata keçirsin.
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












