Sonuncu "Volkswagen Passat" sedanı konveyeri tərk edib
Tennessi ştatındakı Çattabuqa şəhərindəki Volkswagen zavodunun konveyerindən sonuncu Passat sedanı çıxıb. Sedan onillərlə istehsal edilsə də, yalnız indi təqaüdə göndərilib - məqsəd, istehsalına bu ilin sonuna qədər başlanacaq ID.4 elektrik krossoverinin buraxılması üçün istehsal güclərinin azad edilməsidir. Bizim bazara gəldikdə isə, Passat sedanı hələ bir müddət alman markasının lokal model çeşidində mövcud olacaqdır.
Avropada sedan kuzovlu Passat modelini 2021-ci ilin sonunda təqaüdə göndəriblər və hazırda avropalılar yalnız universal kuzovlu Passat Variant modelini əldə edə bilərlər. Avropalıların universallara olan rəğbəti hər kəsə məlumdur. Sedanın müvəqqəti əvəzləyicisinin isə, Arteon liftbekini hesab etmək olar, lakin 2023-cü ildə Volkswagen ölçülərinə görə indiki Passat sedanına bənzər olacaq Aero/Aero B elektromobillər ailəsini buraxacaqdır.
Azərbaycan bazarında Volkswagen Passat modeli yalnız sedan kuzovu ilə satılır. Səkkizinci nəsildən olan cari model 150 at qüvvəli 1,4-litrlik və ya 190 at qüvvəli 2,0-litrlik turbomühərriklər ilə təklif edilir. 150 at qüvvəli aqreqat mexnaiki transmissiya və ya 7-pilləli DSG “robotu”, 190 at qüvvəli mühərrik is yalnız robotlaşdırılmış transmissiya ilə təchiz edilir. Alman sedanı 62.900 manatdan başlayan qiymətlərlə satılır. (Autograph)
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?












