Tarixində ilkə imza atan Ferrari şahanə Purosangue modelini təqdim etdi

Ferrarinin 2022-ci ildə satışa təqdim edilməsi gözlənilən ilk yolsuzluq avtomobili Purosangue haqqında nələr bilirsiniz?
Ferrarinin 91 illik tarixində ən mübahisəli model olan Purosangue gələn il satışa çıxarıldığı zaman "Aston Martin DBX və Lamborghini Urus kimi ultra premium yolsuzluq avtomobilləri ilə rəqabətə girə biləcəkmi?" Bu suala məqalənin sonunda cavab tapa biləcəksiniz. Ancaq əvvəlcə 2021 SUV ulduzu ilə tanış olaq.
Ferrari Purosangue böyük təkərlər, karbon trim və simvolik qırmızı rəngləri özündə cəmləşdirən ənənəvi Ferrari xətlərinə malikdir.
Avtomobil turbo 3.9 litrlik V8 mühərrikinə, saatda 300+ kilometr sürətə malikdir. 0-100 sürətə isə 5 saniyə ərzində çatacaq. V6, V8 və ya V12 mühərriklərinə sahib olduğu düşünülən Purosangue dizaynına görə SF-90 Stradale-dəki kimi hibrid güc aqreqatına sahib olacaq.
Purosangue hibrid mühərrikli bir vasitə olsa da, yanacaq səmərəliliyinə görə sinfində lider olacağı gözlənilmir. Ferrarinin performansa yönəlməsi təbii olaraq yanacaq səmərəliliyini azaldır. Purosangue hibrid olmayan bir mühərriklə təklif olunursa, benzin üçün büdcə kifayət qədər yüksək ola bilər. Ancaq bu qiymətə bir avtomobil alan insanın benzinlə bağlı problemi olacağı düşünülmür.
Ferrari Purosangue-nin orta qiyməti 200.000 avro olacağı gözlənilir. Avtomobilin ən yaxşı paketləri 250.000 avroya qədər çıxa bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












