"Tesla" modellərini YENİLƏYİB - FOTO

Uzun illərdir ki, adi sükan çarxının yerinə şturval quraşdırılmış konsept avtomobillərini görürdük, lakin heç kim belə bir şturvalı seriya avtomobillərində quraşdırmağa cəsarət etmirdi.
İlk dəfə belə şturvalı tətbiq edən əlbəttə ki, İlon Mask olub: yenilənmiş Tesla Model S və Model X elektromobillərdə əsl şturval quraşdırılıb! Doğrudur, şirkət sükan mexanizminin təkmilləşdirildiyi barədə məlumat verməyib, buna görə də, avtomobili şturvalla idarə etmənin nə qədər rahat olduğu bəzi sualları doğurur.
Beləliklə, Model S liftbeki debütündən səkkiz il sonra, ilk dəfə genişmiqyaslı modernləşdirməyə məruz qalıb. Hər il yeni versiyalar təqdim edilsə və ya lokal təkmilləşdirmələr baş versə də, yeganə xırda restaylinq 2016-cı ildə keçirilib. İndi isə Model S, eyni zamanda, dəyişmiş görkəmə, tamamilə yeni interyerə və təkmilləşdirilmiş avadanlıq siyahısına sahib olub.



ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












