Tesla Türkiyədə rəsmi nümayəndəliyini açıb - FOTO

Tesla şirkəti rəsmi olaraq daha bir ölkədə - Türkiyədə öz nümayəndəliyini açıb. Amerikan istehsalçısı, qardaş ölkədə nizamnamə kapitalı 50 milyon türk lirəsi olan rəsmi nümayəndəliyinin açıldığını bəyan edib. Tesla şirkətinin yaxın planlarında diler mərkəzlərinin və Supercharger elektrik yükləmə stansiyaları şəbəkəsinin yaradılması var. Sonradan bu şəbəkə qonşu Bolqarıstan, habelə Serbiya və Rumıniyanı əhatə etməlidir.
Tesla şirkətinin Türkiyə bazarına daxil olması bir neçə ildir ki, planlaşdırılırdı: 2017-ci ildə amerikan şirkətinin rəhbəri İlon Mask Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanla ölkədə Tesla və SpaceX nümayəndəliklərinin açılması barədə müzakirələr aparmışdı. Beş ildən sonra Türkiyədə Tesla şirkətinin ofisi açılıb. Ofisin başçısı Emir Tunçyürek təyin edilib. Xatırladaq ki, Tunçyürek rəsmi olaraq satılmayan elektrokarların ölkəyə gətirilməsi ilə məşğul olan E-Garaj şirkətinin təsisçilərindən biridir.
Türkiyədə elektrokarlara olan tələbat sürətlə artmağa davam edir: keçən il ölkədə dörd minə yaxın elektrokar satılıb ki, 2020-ci ildə bu rəqəm 1600 ədəd təşkil etmişdi. Lakin bu rəqəmi 2021-ci ildə 737.350 avtomobilin satıldığı bazar üçün o qədər də əhəmiyyətli saymaq olmaz. Hazırda Türkiyədə yeddi-səkkiz min "yaşıl" avtomobil qeydə alınıb.

milli.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












