Teslanın elektrikli yük maşını yenə yollarda göründü
Teslanın elektrikli yük maşını Semi 2017-ci ildəki təqdimatından sonra bir daha yollarda göründü. Fotoşəkilləri çəkilən yeni Tesla Seminin prototipində də bəzi dəyişikliklərin olduğu bildirilir.
The Kilowatts Tvitter hesabından edilən paylaşımda Tesla Semi-nin ABŞ-ın Sakramento şəhərində göründüyü və vasitənin bir yük maşınının üzərində daşınma anlarının fotoşəkillərinin paylaşıldığı ifadə edilib. Ayrıca, fotosu çəkilən model ağ rəngdədir.
Inside EVs-də yer alan xəbərlərə görə, tamamilə elektrikli olan Tesla Semi yenilənmiş bir pəncərə dizaynına sahibdir. Bundan əlavə, ön faralarda kiçik bir dəyişiklik edildiyi və arxa işıqların dizaynının dəyişdirildiyi bildirilir. Tesla Model 3-də istifadə olunan qapı tutacaqlarının Tesla Semi-nin bu prototipində olmadığı görülür. (ted.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












