Toyota avtomobillərinin qeydinə qalmağa davam edir - FOTO

Toyota müxtəlif servis kampaniyaları ilə avtomobillərinin qeydinə özünəməxsus tərzdə qalmağa davam edir.
Hər zaman sürücülərin və yol hərəkət iştirakçılarının təhlükəsizliyinə böyük diqqət yetirən Toyota, pandemiya başlayan kimi Toyota avtomobillərinin az idarə olunacağını nəzərə alaraq, bir sıra kampaniyalar ilə sürücüləri avtomobillərinin qayğısına qalmağa təşviq etdi.
Belə ki, Toyota sahibləri rəsmi dilerlər tərəfindən təklif olunan olunan xüsusi endirim kampaniyalarından yararlanır. Bu xüsusi təkliflərin arasında yenicə başlayan və ən çox tələb olunan orijinal ehtiyat hissələrinə 15% və müvafiq işçiliyə 10% endirim kampaniyasına maraq daha yüksəkdir.
Bu marağa əsas səbəb isə Toyota servis mərkəzlərində yalnız orijinal ehtiyat hissələri və aksesuarları ilə xidmət göstərilməsi və bu orijinal ehtiyat hissələrinə 1 il zəmanət verilməsidir. Bütün bu işləri isə yüksək ixtisaslı peşəkar texniklər həyata keçirir.
Bundan başqa, Toyota istehsal ili 2016-cı ilə qədər olan avtomobillərdə yağ dəyişməyə, yağ filtrinə və müvafiq işçiliyə də 20% endirim təqdim edir. Bir daha vurğulamaq yerinə düşər ki, rəsmi Toyota dilerlərində yalnız orijinal Toyota mayeləri istifadə olunur və təmir ərazisinə daxil olan hər bir avtomobil təhlükəsizlik yoxlanışlarından keçir.
Əlavə olaraq bildirək ki, qış mövsümündə avtomobilinizi təhlükəsiz və komfortlu idarə etməyiniz üçün orijinal qış aksesuarları və mayelər üçün 15%-dən 25%-dək endirimlər hələ də davam edir.
“Biz Toyota keyfiyyətini təmin edən işlərin Toyotanın rəsmi dilerlərində yerinə yetirilməsini məsləhət görürük. Bunun səbəbi avtomobili ən yaxşı şəkildə bilməyimizdir”.-Toyotanın Azərbaycanda rəsmi nümayəndəliyi tərəfindən şərh edildi.
Sizin Toyota-nız Toyota keyfiyyətinə layiqdir.
Daha ətraflı məlumatı rəsmi diler mərkəzləri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
www.toyota.az veb-saytında sizə ən uyğun vaxtda onlayn servisə yazılın.

Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək











